Haşimoto xəstəliyi

Haşimoto xəstəliyi

Опубликовано в: | 2018-11-05
Haşimoto xəstəliyi
Haşimoto xәstәlәrindә kökәlmәyә meyillik olur. Bunun ilk sәbәbi, bu xәstәlәrdә vaxtaşırı tiroid hormonlarının çoxalması iştahı artırır vә bu müddәtdә xəstələr nәzarәtsiz şәkildә çox yemәyә meyilli olur.

İkinci sәbәbi isә bu xәstәlәrdә xroniki hipotiroid riskinin yüksәk olması (metabolizmanın yavaşlaması) vә müvәqqәti hipertiroid müddәtindә aldıqları artıq kalorilәrdir. Eyni zamanda hipotiroidlә bağlı yuxuya meyillik, qәbizlik, hәrәkәtsizlik, aybaşıpozulmaları kimi hallar da kökәlmәyә sәbәb olur. Ancaq bu kökәlmәnin qarşısını almaq mümkündür. 
Xәstә öz xәstәliyini bilib, mütəxəssis nəzarətində sağlam hәyat vә qidalanma tәrzindә yaşayarsa artıq çәkinin qarşısını ala bilәr. Arıqlamağın ilk pillәsi Haşimoto ilә bağlı әmәlә gәlmiş hipotiroidi düzgün preparat vә doza ilә müalicә olunması, qidalanmanı düzәldәrәk idmanla mәşqul olmasıdır.

Müəllif: "Dietoloq" Dr. Vüsalə Tağıyeva.


Materiallardan istifadə edərkən Tibbiportal.az saytına aktiv link göstərilməlidir
Чем мы можем вам помочь?
Copyrights © 2024 : BSA Company, Baku, Azerbaijan Qeydiyyat
elan yerləşdir pulsuz elan yerləşdirelan