Qalxanabənzər vəzi

Qalxanabənzər vəzi

Опубликовано в: | 2018-11-03
Qalxanabənzər vəzi

- Boynun ön qismində yerləşən yetginlərdə ağırlığı 15-25 qr arasında dəyişən və hər biri 3 sm uzunluğa çatan iki pay ilə bu payları bağlayan “isthmus” adlanan körpüdən ibarət kəpənək formasında orqandır. Qalxanabənzər vəzi T3 və T4 hormonlarını ifraz edərək ürək və sinir sistemi ilə əlaqədar funksiyaları yerinə yetirir.

Zob Nədir?
Normal haldan təxminən iki dəfə artmış, yəni ağırlığı 40 qr-a çatmış qalxanabənzər vəziyə tibb dilində zob deyilir. Bir çox zobda bir və ya birdən çox düyünlər ola bilər. Zobun ən çox rast gəlinən səbəbi qida qəbulundakı yod çatışmazlığıdır, lakin inkişaf etmiş ölkələrdə süfrə duzuna yodun əlavə edilməsi zobun tibbi problem olmasının qarşısını almışdır.

Qalxanabənzər vəzinin az işləməsinin əlamətləri nələrdir?

Qalxanabənzər vəzinin lazım olandan az hormon ifrazı xəstələrdə bir çox şikayətə səbəb olur. Bunlardan ən vacibi çox asan kilo almaq və ya pəhriz saxlanmasına baxmayaraq kilo verə bilməmək, dərinin quru, qırışıq və xüsusilə göz ətrafında şiş olması, saç tökülməsi, halsızlıq və unutqanlıq, bağırsaqların tənbəlləşməsi, soyuğa qarşı həssaslıq və əl-ayaq üşüməsi, əzələ ağrıları və gücsüzlük, menstruasiya pozğunluğudur. Əgər şəxsdə bu əlamətlərin bir neçəsi mövcuddursa, qalxanabənzər vəzinin funksiyası mütləq yoxlanılmalıdır.

Müəllif: Cərrah "Lor" Dr. Nigar Dadaşova



Materiallardan istifadə edərkən Tibbiportal.az saytına aktiv link göstərilməlidir
Чем мы можем вам помочь?
Copyrights © 2024 : BSA Company, Baku, Azerbaijan Qeydiyyat
elan yerləşdir pulsuz elan yerləşdirelan