Mirvari suyu
Опубликовано в:
| 2018-11-02
Mirvari suyu deyilən xəstəliyin, yəni kataraktanın yaranma səbəbləri nələrdir?
– El arasında mirvari suyu deyilən xəstəlik ümumiyyətlə nədir, mən buna aydınlıq gətirmək istəyirəm. Normalda gözlərdə yaranışdan şəffaf büllur var. Onun elastikliyinə bağlı olaraq insan yaxın, yaxud uzaq məsafəni görür. Bu büllurun bulanıqlaşması isə mirvari suyu deyilən xəstəlik, yəni kataraktadır. Bu xəstəlik hər yaş qrupunda, hətta yeni doğulmuş uşaqlarda belə rast gəlinən xəstəlikdir. Müalicəsi isə hər hansı dərman preparatları mümkün deyil. Bu problemi yalnız cərrahiyyə üsulu ilə aradan qaldırmaq mümkündür. Hansı ki, əməliyyat olunaraq həmin bulanıq büllur götürülür və süni linzalar ilə əvəz olunur.
Anadangəlmə katarakta ilə doğulan uşaqlara necə kömək edirsiniz?
– Əvvəlcə mənim valideyinlərə bir tövsiyyəm var ki, yeni doğulmuş uşaqları ilk olaraq, mütləq pediatr baxışından keçirsinlər. Pediatr baxışı zamanı uşağın gözündə hər hansı bir şübhəli hallar olarsa, o zaman oftalmoloqa göstərmək lazımdır. Oftalmoloq baxış keçirir, hər hansı bir problem yoxdursa, oftalmoloq uşağı nəzarətdə saxlamalıdır. Növbəti baxış olmalıdır uşağın bir yaşında, sonra üç yaşında, daha sonra isə beş yaşında baxılmalıdır. Yox, əgər baxış zamanı uşağın gözündə katarakta aşkar olunarsa, həmən götürülməlidir. Çünki, zamanında o götürülməzsə, böyüdükcə uşağın gözü tənbəlləşir. Belə olduğu halda isə, ona sonradan kömək etmək çətinləşir.
Nələri edərsək göz təzyiqi normasını saxlaya bilərik?
– Bunun üçün yalnız heç olmasa ildə bir dəfə ümumi göz müayinəsindən keçmək lazımdır. Ümumi müayinə zamanı zatən göz təzyiqi də ölçülür. Əgər təzyiqin yüksək, yaxud aşağı olduğu aşkar edilərsə, mütləq müalicə yazılmalıdır. İnsan özü bunu hiss etməyə bilər. Çünki, göz təzyiqi çox zaman xroniki olaraq baş verir və korluğa doğru aparır. Bunun qarşısını almaq üçün isə müəyyən müalicələr aparılır, təyin edilmiş göz damcıları ilə təzyiqi normal saxlamağa çalışılır. Müalicə müsbət təsir göstərmədikdə isə, artıq müəyyən müdaxilələrə ehtiyac duyulur.
Gözdə qızartı və qaşınma yaradan səbəblər nələrdir?
– Gözdə qaşınmaların birinci səbəbi allergiyadır. Allergiya isə yaz aylarından başlayaraq, yay boyu da davam edir. Amma, səbəb bununla bitmir. Digər səbəblər xroniki konyunktivitdə də ola bilər, xroniki konyunktivit əsasında iltihabdan da ola bilər, göz quruluğu da ola bilər. Göz quruluğundan yaranan qaşınmalara daha çox rast gəlmək mümkündür.
Göz quruluğunun özünün yaranmasına nə səbəb olur?
– Əslində indiki zamanda göz quruluğunun yaranması çox asandır. Çünki, indi İnternet dövrüdür və insanlar bütün gün göz qırpımada telefon, planşet, kompyüter izləyir. Göz qırpması isə göz üçün çox lazımlı və faydalıdır. Çünki, göz qırpılan zaman gözdə göz yaşı təbəqəsi yaranır ki, bu da gözü müxtəlif infeksiyalardan qoruyur. Bundan əlavə xroniki infeksiyalar da gözdə quruluq yarada bilər, ətraf mühitin təsirindən də ola bilər. Yəni müxtəlif səbəblərdən yaranması mümkündür.
Gözdəki anadangəlmə çəpliyi aradan qaldırmaq mümkündürmü?
– Gözdə çəplik bəzən anadangəlmə də ola bilən, bəzən də iki-üç yaşda özünü bəlli edən bir problemdir. Daha çox da gözlərin yaxınlaşması problemi. Bunun qarşısını almaq üçün isə yuxarıda qeyd etdiyim kimi mütəmadi müayinələr lazımdır. Uşaqların gözündə gizlin müsbət nömrələr vardır. Gözdə bəlli yaşdan sonra yaranan çəpgözlülük gözdəki nömrələrlə bağlı olur. Bu problemi xüsusi eynəklər ilə bərpa etmək mümkündür. Bunun köməyi olmadığı təqdirdə isə əməliyyat yolu ilə aradan qaldırılır.
Genetik faktorlara bağlı göz xəstəlikləri varmı?
– Bəli, gözdə belə xəstəliklər də var. Daha çox torlu qişada olan müxtəlif xəstəliklər genetik xarakterli ola bilir. Bunların arasında isə bəzən müalicəsi mümkün olmayan növü də ola bilir.
Söhbətimizin sonunda izləyicilərimizə tövsiyyələriniz nə olardı?
– Vaxtlı-vaxtında müayinədən keçin ki, sonradan oftalmoloq tərəfindən “artıq gecdir” ifadəsini eşidərək məyus olmayasınız.
Müəllif: "Oftalmoloq" Dr. Nübar İmanova
Materiallardan istifadə edərkən Tibbiportal.az saytına aktiv link göstərilməlidir