Antidepressant dərmanlar asılılıq əmələ gətirməz

Antidepressant dərmanlar asılılıq əmələ gətirməz

Опубликовано в: | 2018-10-26
Antidepressant dərmanlar asılılıq əmələ gətirməz.

Xalq arasında, bəzi sayt və televiziya ekranlarında xüsusi ilə sosial şəbəkələrdə həkim olmayan insanlar tərəfindən antidepressant dərmanlar haqqında səhv məlumatlar yayılmaqdadır. Hətta bəzi məhşurlar, səhv edərək, antidepressant dərmanların yerinə idman edin, və ya filan tərkibli qidaları qəbul edin deyirlər.

Ağır depressiya keçirdən biri özünə qapanır, heç bir şeydən zövq almaz, yaşamağı mənasız görər. İştahı pozular, söhbət etməyi, danışmağı istəməz, yuxusu pozular, cinsəl istəyi azalar. Özünü dəyərsiz, işə yaramayan, lazımsız biri olaraq görər. Ümidsizliyə qapılır, heç bir şeyin yaxşı olmayacağına dair düşüncələri qətidir. Çox vaxt ölüm istəyi, özünə zərər vermə düşüncələri hakimdir. İşlərini görmək istəmək bir yana yerindən qalxmaq belə istəməz.

Belə bir xəstəyə veriləcək antidepressant dərman insanın həyatını qurtarır. Çünki Depressiya, müalicə edilməzsə ağır nəticələri olan bir beyin xəstəliyidir. Antidepressant dərmanlar asılılıq yaratmaz. Özlərini yaxşı hiss edən insanlar antidepressant dərman qəbul etsələr özlərini daha yaxşı hiss etməzlər! Müalicə vaxtı istifadə edilən, antidepressant olmayan, bəzi dərmanlar asılılıq yaradır, belə dərmanlar daha çox antidepressant dərmanların təsiri 3-4 həftə sonra ortaya çıxdığı üçün həddindən artıq həyəcan, yuxusuzluq üçün müvəqqəti istifadə edilən dərmanlardır. Həkimin dediyi qayda ilə qəbul olunarsa (müvəqqəti olduğu üçün) bu dərmanlar da asılılıq yaratmaz.

Antidepessant dərmanları bəzən kəsilməməyinin səbəbi dərmanın deyil xəstəliyin səbəbidir. Bunlar, mövsümə bağlı təkrarlayan Depressiya xəstəliyi, Müqavimətli Depressiya, davam edən stressli həyat tərzi ola bilər. Əlavə olaraq psixiatrdan başqa qohum, qonşu məsləhəti ilə antidepressant qəbulu lazımsız dərman qəbuluna, bir çox halda başqa problemlərə və kronik depressiyaya səbəb ola bilir. Belə hallarda Depressiya dərmanlarla biraz düzəlir ancaq dərmanı kəsincə təkrar başlayır. 
Antidepressant dərmanlar haqqında olan bir başqa fikir isə dərmanların beyinə zərər verməyi ilə əlaqəlidir. Halbu ki, bütün elmi araşdırmalar müalicə olunmayan psixiatrik xəstəliklərin, və ya müalicəsi yetərsiz olan Depressiya xəstəliyinin beyin hüceyrələrinə zərər verdiyi sübut edilib. Zaman keçdikcə bu zərərin artdığı, koqnitiv funksiyaları zəiflətdiyi göstərilmişdir. Antidepressant dərmanların isə Depressiya xəstəliyinin verdiyi bu ziyanda qoruduğu göstərilmişdir. 
Vaxtında qoyulan düzgün diaqnoz və verilən düzgün müalicə hər xəstəlikdə olduğu kimi Depressiya xəstəliyində də vacibdir. Depressiya xəstəliyi psixiatr tərəfindən və mütləq müalicə edilməlidir!

Müəllif: "Psixiatr" Dr. Fuad Bəşirov.



Materiallardan istifadə edərkən Tibbiportal.az saytına aktiv link göstərilməlidir
Чем мы можем вам помочь?
Copyrights © 2024 : BSA Company, Baku, Azerbaijan Qeydiyyat
elan yerləşdir pulsuz elan yerləşdirelan