Xərçəngi cəmi 10 saniyəyə aşkar etmək mümkün olacaq

Xərçəngi cəmi 10 saniyəyə aşkar etmək mümkün olacaq

Опубликовано в: | 2018-10-24
Amerika Birləşmiş Ştatlarında alimlər tərəfindən düzəldilən cihaz 10 saniyə ərzində xərçəng toxumasını aşkar edə bilir. Görünüşü qələmə bənəzyən MasSpec Pen adlı cihaz erkən xərçəng xəstəliyinin aşkarlanmasına kömək edəcək və gələcəkdə müalicələrin müvəffəqiyyətli olmasına şərait yaradacaq. AUSTIN universitetinin professoru Livia Şiavinato Eberlinin məlumatına görə sadə və asanlıqla istifadə olunan qələm tezliklə tibb müəssisələrinə paylanılacaq. "Science Translational Medicine" jurnalında dərc olunan testin nəticələrinə əsasən sözü gedən tibbi vasitə 96% düzgün diaqnoz qoyur. Cihaz xəstə və normal toxuma arasındakı sərhəddi tapmaqda çətinlik çəkən həkimlər üçün çox əhəmiyyətlidir. İndiyədək 253 toxuma üzərində test edilib. Alimlərin hədəfi cihaz tam dəqiq nəticə əldə edənədək testlərə davam etməkdir.




Materiallardan istifadə edərkən Tibbiportal.az saytına aktiv link göstərilməlidir
Чем мы можем вам помочь?
Copyrights © 2024 : BSA Company, Baku, Azerbaijan Qeydiyyat
elan yerləşdir pulsuz elan yerləşdirelan