Lipaza fermentinin əhəmiyyəti
Опубликовано в:
| 2018-10-13
Orqanizmə daxil olan mürəkkəb qidalar mədə-bağırsaq traktı tərəfindən birbaşa həzm oluna bilmirlər. Onların daha kiçik hissələrə parçalanmasına ehtiyac duyulur. Bu prosesdə amilaza, lipaza, proteaza kimi fermentlər iştirak edirlər. Lipaza fermenti nazik bağırsaqda triqliseridlərin parçalanmasını həyata keçirir. Mədəaltı vəzin kəskin iltihabı zamanı qanda lipazanın miqdarı 4-8 saat ərzində yüksəlir, 24 saata maksimal göstəriciyə çatır, 14 gün sonra isə azalmağa başlayır.
Mədəaltı vəzin xəstəlikləri zamanı lipazanın müayinəsi amilaza nisbətən daha yüksək həssaslıq və spesifikliyə malikdir. Lipaza və amilazanın birlikdə təyin olunması mədəaltı vəzinin zədələnməsini 98% dəqiqliklə təyin etməyə imkan verir. Hər iki analiz səhər vaxtlarında acqarna verilməlidir.
Müəllif: "Qastroenteroloq-hepatoloq" Dr. Şahnaz Atayeva.
Materiallardan istifadə edərkən Tibbiportal.az saytına aktiv link göstərilməlidir