Angina nədir?

Angina nədir?

Опубликовано в: | 2018-10-09
Angina nədir?
Angina badamcıqların geniş yayılmış infeksion xəstəliyidir, çox yolxucu və təhlükəlidir. Angina hava-damcı yolu ilə (asqırmaq və ya öskürmək) adamdan adama keçir.
Xəstəliyik başladığından 10 gün sonra belə xəstə infeksiya mənbəyi ola bilir. Anginaya səbəb olan mikroblar daha çox A qrupundan olan hemolitik streptokokk və daha az stafilokokk, pneviokokk, adenoviruslar. Angina digər yoluxucu xəstəliklər kimi müalicədən sonra təkrar qayıda bilir.
Anginanın səbəbi bakteriyalardırsa, həkim məsləhəti ilə antibiotiklər qəbul etmək lazımdır. 
Anginanın səbəbi virusdursa antibiotiklər kömək etməyəcəklər.
Bir çox hallarda orqanizmin özü angina virusunun öhdəsindən gəlir. Bu zaman ev şəraiti rejimi və xalq təbabəti köməyə gəlir: isti yeməklər, mürəbbəli çay və boğazın qarqarası. Angina zamanı ağrı yalnız boğazda olmur, ağrı həmçinin qulaqlara təsir edir, başağrısı verir, taqətsizlik və süstlüyə səbəb olur, ürəkdə ağrılar olur. Həmçinin angina böyrəklərə, damarlara və oynaqlara da problem yarada bilir. Həmçinin angina daha ciddi xəstəliklərin, məsələn difteriya, skarlatina, qrippin simptomu ola bilər. 


Müəllif: "Lor-cərrah" Natəvan Abuşeva

Materiallardan istifadə edərkən Tibbiportal.az saytına aktiv link göstərilməlidir
Чем мы можем вам помочь?
Copyrights © 2024 : BSA Company, Baku, Azerbaijan Qeydiyyat
elan yerləşdir pulsuz elan yerləşdirelan