Crohn xəstəliyinin və ulserativ (xoralı) kolitin bioloji müalicəsi.
Bu xəstəliklər immun patoloji xəstəliklər hesab olunur. Bağırsaqda 35 000-dən çox mikroorqanizm yaşadıgı ehtimal olunur. Onlardan hələ 400ə qədəri alimlər tərəfindən izolə edilib. Bu mikroorqanizmlərin bir hissəsi selikli qişanin səthində yaşayır, bir hissəsi də daha dərin qatlarda məskunlaşıb.Ümumiyyətlə vücudda olan mikroorqanizmlər (mədə-bağırsaq traktı,dəri,uroqenital) orqanizmin sağlamlığında böyük əhəmiyyət kəsb edirlər.Bağırsaqdakı mikrofloranın metabolizmdə,həzmdə,həm bağırsağın immunitetində, həm sistemik immunitetdə,müxtəlif fizioloji proseslərdə iştirakı böyükdür. Ona görə müxtəlif səbəblərdən (antibiotik istifadəsi,stres,ekoloqiya və s.) bağırsaqdakı bu mikroorqanizmlərin arasında balans pozulanda(disbioz) bağırsaq keçiriciliyi artır (dəlikli bağirsaq), müxtəlif xəstəliklər,iltihabi proseslər,autoimmun xəstəliklər inkişaf edə bilir(Crohn və ulserativ kolit də həmçinin)
Crohn xəstəliyinin və ulserativ (xoralı) kolitin biotənzimləyici,mikrobioloji,immunoloji terapiyası məhz buna əsaslanır.
Fekal mikrobiota transplantasiyası piylənmədə bir müalicə üsulu kimi.
Piylənmə-qlobal epidemiyaya cevrilib.insanların ruh düşgünlüyünə səbəb olan nəticəsiz və effektsiz pəhrizlər,cərrahi müdaxilə olmadan aparılan müxtəlif müalicələrin effektsizliyi piylənməyə olan faktorların araşdırılmasına ehtiyac yaradıb.
Yoğun bağırsaq mikrobiotasının piylənmənin inkişafında rolunu sübut edenfaktlar var.Arıq və piylənmədən əziyyət çəkən insanlarda bagırsaq mikrobiotasının fərqli olması sübut olunub.
Həyatının ilk dövründə antibiotik istifadə olunan heyvanlarda piylənmə inkişaf etdiyini göstərən tədqiqatlar var.Bagırsaq mikrobiotasının piylənməyə təsiri mexanizmi tam öyrənilməsə də,aparılan tədqiqatlarla bir çox məlumatlar əldə edilib. Bağırsaq mikroflorası dietar karbohidrat fermentə edə bilir və qısazəncirli yağ turşularının sintezi hesabına sahibini əlavə enerji ilə təmin edə bilir. Təbii ki, artıq çəkinin səbəbi təkcə enerji mənbəyi olan molekulların əlavə olaraq sintezi deyil,burada həmçinin mədə-bagırsaq traktının neyro-humoral sisteminin də rolu var.
Son zamanlarda aparılmış ikili kor randomizəolunmuş kontrollu tədqiqatlar göstərdi ki,arıq insandan artiq çəkidən əziyyət çəkən insana bagırsaq mikrobiotası köçürülməsindən sonra butiratın(yag turşusunun efirləri və duzları)hasilinin artması fonunda bağırsaq mikroflorasının müxtəlifliyi artmış və insulin rezistentliyi aradan qalxmışdı.Bu tədqiqatlar göstərir ki,fekal mikrobiota transplantasiyasının piylənmənin,metabolik sindromun və şəkərli diabetin müalicəsində əhəmiyyəti böyükdür.
Fekal mikrobiota transplantasiyasının(FMT) şəkərli diabetdə istifadəsi.
Son zamanlar aparılan tədqiqatlar FMT-nin bir çox başqa xəstəliklərdə də istifadəsi yararlı olduğunu göstərir və bu prosedurun dağınıq sklerozdan,Parkinsonizm xəstəliyindən,autizmdən,xronik yorğunluq sindromundan,şəkərli diabetdən,piylənmədən,depressiyadan əziyyət çəkən xəstələrin vəziyyətinin yaxşılaşmasında əhəmiyyətinin böyük olduğunun qənaitininə gəlinir.
Alimlərin hipotezinə görə bağırsaq mikroflorasının tərkibinin pozulması nəticəsində qan dövranına müxtəlif antigenlər daxil olur.Bu,immunitetin reaksiyasına səbəb olur və Parkinsonizmin,digər autoimmun xəstəliklərin inkişafına gətirib çıxarır.hollandiya alimlərinin tədqiqatlarına görə FMT metabolik sindromu olan xəstələrdə insulinə həssaslığı artırır.2008-ci ildə aparılan tədqiqatlar göstərir ki,bağırsağa autoimmun proses yaradan bakteriya köçürüldükdə,mədəaltı vəzin insulin hasil edən hüceyrələrinin zədələnməsi baş verir,1-ci tip şəkərli diyabet inkişaf edir.2011-ci ildə tədqiqatlarla sübut edilmişdi ki,insulinə cavab verməyən siçanlara sağlam siçanların normal florası köçürüldükdə,2-ci tip şəkərli diyabetin əlamətləri aradan qalxır.Bu eksperimentlər bir daha bağırsaqda yaşayan bakteriyaların immun sistemdə böyük əhəmiyyət kəsb etdiyini göstərir.
Fekal mikrobiota transplantasiyası (FMT) –sağlam insandan (donordan) alınmış bağırsaq mikrobiotası ilə zəngin nəcis materialının xəstə insana köçürülməsidir. FMT edilməsində məqsəd bağırsaq mikroflorasının tərkibini və filogenetik müxtəlifliyini bərpa etməklə xəstəliyi müalicə etməkdir.
Bu müalicə metodu hansı xəstəliklərdə effektivdir?
1.Cl. Difficile infeksiyası--əsasən antibiotik terapiyasından sonra olur. Xəstə xronik diareyadan (ishaldan) əziyyət çəkir, bəzən bu xəstəlik dərman müalicəsinə tabe olmur, dəfələrlə residiv verir.
2.Bağırsağın iltihabi xəstəliyi (Crohn xəstəliyi, xoralı kolit)-xəstə qanlı, selikli ishaldan əziyyət çəkir (gündə 10-25 dəfə), çox vaxt bir-birindən ağır yan təsirləri olan dərman müalicəsi belə effekt vermir. Bu xəstəliklərdə istifadə olunan dərmanların osteoporoz, böyrək çatışmazlığı, kəskin pankreatit, limfoma, dəri xərçəngi, neyrotoksik, vərəmin baş qaldırması kimi yan təsirləri var.
3.Piylənmə- bu xəstəlikdən əziyyət çəkən xəstələr müxtəlif nəticəsiz pəhrizlərə, effektsiz müalicələrə, hətta, cərrahi müdaxilələrə dəfələrlə müraciət edirlər. Amma piylənmənin əsas səbəbi yogun bağırsaq mikrobiotasının pozulması ola biləcəyini gözdən qaçırırlar; metabolik pozulmanın (piylənmə, insulin rezistentliyi) inkişafında bağırsaq mikroflorasının rolunun olması artıq faktdır. Arıq insanların bağırsaq florası piylənmədən əziyyət çəkən insanların bağırsaq florasından fərqlidir və FMT ilə bu metabolik pozulmanı aradan qaldırmaq mümkündür.
4.Bağırsağın qıcıqlanma sindromu-mədə-bağırsaq traktının ən çox təsadüf olunan xəstəliklərindən biridir. Xəstətlər səbəbsiz diareyadan və ya qəbizlikdən əziyyət çəkir. Patofiziologiyası tam öyrənilməsə də, patogenezində mərkəzi və periferik mexanizmlərin rolu məlumdur. Belə xəstələrdə bağırsaq mikroflorasının müxtəlifliyinin pozulması bağırsağın iltihabi xəstəliklərində, piylənmədə və Cl. Difficile infeksiyasında olduğu kimidir və belə halda FMT illərlə diareyadan (ishaldan) və ya qəbizlikdən əziyyət çəkən xəstələrin çarəsi ola bilər.
Müəllif: "Qastroenteroloq" Dr. Arzu Quliyeva.
Materiallardan istifadə edərkən Tibbiportal.az saytına aktiv link göstərilməlidir