Qastroenterologiya
Qastroenterologiya – tibbin mədə-bağırsaq siteminin xəstəliklərinin (qida borusu, mədə, on iki barmaq bağırsaq, qaraciyər, öd kisəsi və öd yolları, mədəaltı vəzi, nazik və yoğun bağırsaq) diaqnostika, müalicə və profilaktikası ilə məşğul olan bir sahəsidir.
Xroniki qastrit, pankreatit, mədə və 12 barmaq bağırsağın xora xəstəliyi, qastroezofagial reflyuks, xroniki kolit, xroniki virus hepatitlərinin geniş yayılması qastroenterologiyanı tibbin ən vacib sahələrindən biri etmişdir.
Klinikamizda mədə-bağırsaq sistemi xəstəliklərinin kompleks müayinəsi və müalicəsi aparılır
• Mədə-bağırsaq traktının endoskopik müayinəsi
• Rentgenoskopiya və rentgenoqrafiya
• Qarın boşluğu orqanlarının USM-i
• Qarın boşluğu damarlarının doppleroqrafiyası
• Mədə, 12-barmaq, nazik və yoğun bağırsaq bioptatlarının morfoloji müayinəsi
• Müxtəlif infeksiyaların seroloji diaqnostikası (İFA və immunohemilüminessensiya metodu ilə)
• İmmunoloji, biokimyəvi, hormonal müayinələr
• Koproloji müayinə (nəcisin əkilməsi, antibiotiklərə həssaslığının təyini, disbakterioz).
Müəllif: "Nəbz" Tibb mərkəzi
Materiallardan istifadə edərkən Tibbiportal.az saytına aktiv link göstərilməlidir