Ana qripdirsə, körpəsini əmizdirməyə icazə verilir?

Ana qripdirsə, körpəsini əmizdirməyə icazə verilir?

Опубликовано в: | 2018-09-14
Ana qripdirsə, körpəsini əmizdirməyə icazə verilir?
El arasında hər mövzuda olan inanclar qrip mövsümündə də uşaq əmizdirən cavan anaların qarşısına çıxır. Bir çox analar tərəfindən maraqla verilən bu sualın əslində elə bir qorxulu cavabı yoxdur. Qripə yoluxan ana belə söz-söhbətlərə inanaraq “uşağım da yoluxar” qorxusu ilə südlə qidalandırmaya fasilə verir. Ama əslində elə o mövsümdə ana südünün uşaq üçün dəyərli şans olduğunu və qoruyucu funksiyasını bilmir. Mövsümi dəyişikliklə əlaqədar asqırma, burun axma və istilik kimi əlamətləri ilə geniş yayılan qrip xəstəliyi bu günlərdə çoxalsa da, analar bilməlidir ki, südlə bəsləmə vaxtından əvvəl kəsilməməlidir. Həkimlər bu barədə “qrip ana qətiyyən əmizdirməyi saxlamasın” deyə bildirirlər.
Xalq arasında yayılmış inancın əksinə, qrip mövsümündə ana südü körpələr üçün əsil qoruyucu qalxan rolunu oynayır. Ana südü əmizdirilən uşağa təbii immunitet (orqanizm tərəfindən ifraz olunan və yad quruluşlara qarşı müqavimət göstərən proteinlər) ötürülür.Ana südü elə bir möcüzədir ki, yalnız əmizdirilən dövrdə deyil, gələcək xəstəliklərə qarşı da uşağın dözümlülüyünü formalaşdırır və onun əqli, həmçinin fiziki inkişafında əvəzolunmaz rol oynayır. Ona görə də pediatrlar uşaqların ilk 6 ay ərzində mütləq ana südü ilə qidalanmalarını, əmizdirilməyə 2 yaşına qədər digər qidalarla yanaşı davam edilməsini məsləhət görürlər.
Qrip olan analar isə mümkün qədər qısa fasilələrlə əllərini yumalıdır ki, əmizdirmə vaxtı damcı yolu ilə keçən virus uşağa təmas etməsin. Təbii ki, ilk öncə qripə yoluxmamağa diqqət etməli olan analar evin havasını da mümkün qədər tez-tez dəyişməlidir, çünki qrip virusu havada asılı qala və nəfəslə keçə bilir. Ana artıq qripə yoluxubsa, yarım saatdan bir dəyişdirilməsi şərti ilə qoruyucu maskadan istifadə etməlidir. Atılan maskalar isə ağzı yaxşı bağlanılmaqla torbaya qoyularaq uşaq olan otaqdan uzaqda saxlanılıb atılmalıdır. Daha bir nüans isə hər dəfə qoruyucu maskaya toxunduqdan və dəyişdikdən sonra anaların əllərini yumasıdır.

Müəllif: "Cərrah mama-ginekoloq" Dr. Xəyalə İsmayılova


Materiallardan istifadə edərkən Tibbiportal.az saytına aktiv link göstərilməlidir
Чем мы можем вам помочь?
Copyrights © 2024 : BSA Company, Baku, Azerbaijan Qeydiyyat
elan yerləşdir pulsuz elan yerləşdirelan