"Sonsuzluq"

"Sonsuzluq"

Опубликовано в: | 2018-09-10
"Sonsuzluq"

Sonsuzluq yaşadığımız zamanın böyük və qabarıq  problemlərindən sayılır.

Belə ki, son zamanlar ailə quran gənclərin ilk qarşılaşdıqları problemlərdən biri də sonsuzluqdur. Statistikaya görə sonsuzluqda ər və arvadın hər birinin payı təxminən 40-45 %-dir. Problemin kökü, yaranma səbəbləri və fəsadları haqqında isə 1 saylı Dəmiryol Xəstəxanasının mama-ginekoloqu Cəmilə İsmayılova ilə söhbət etdik.

 - Bu gün sizinlə sonsuzluq problemi haqqında danışmaq istəyirik. Bir mütəxəssis kimi sonsuzluğun səbəbini nədə görürsünüz?

- Səbəbləri çoxdur. Nigahın qohumluq üzərində qurulması ən başlıca səbəblərdəndir. Digər səbəbləri isə mən genetik daşıyıcılarda, yəni xromosomlarda olan müəyyən irsi pozğunluqlarda görürəm.

- Sizcə gənclərin toydan əvvəl həkim müayinəsindən keçməsi vacibdirmi?

- Bu ən yaxşı və məqsədə uyğun işdir. Bütün əksər infeksiyalar və indexronik balansın pozulması gənc yaşlarda əmələ gəlir. Ona görə mütləq bütün gənclər ailə qurmamışdan öncə tibbi yoxlamalardan keçməlidirlər.

- Cəmılə xanım, bəzən ailələrdə snsuzluq müşahidə olunur, ancaq bir neçə ildən sonra həmin ailələrdə uşaq dünyaya gəlir. Bəs bu necə baş verir?

- Burda da hansısa müalicə və təyinat başlıca rol oynayır. Bu da uzun müddətli düzgün müalicələrin effektiv nəticəsidir. Müəyyən indexronik balansda dəyişiklik əmələ gəlirsə, bu da hamiləliyə gətirib çıxardır.

- Yəni nigahın pozulması üçün tələsmək lazım deyil?

- Qətiyyən. Bütün müayinə metodları aparılmalıdır. Müayinə metodlarından sonra isə demək olar, sonsuzluq davam edəcək yoxsa, hamiləliklə nəticələnəcək. Müayinə müsbət nəticə verirsə, sonzuluğun tez başa çatmasına dəlalət edir. Bu da ailənin dağılmamasına gətirib çıxarır.

- Bəs süni mayalanma yolu ilə necə?

- Boruların tutulması, anadan gəlmə müəyyən xəstəlikdən sonra orada olan müəyyən faktorlardan və uşaqlıq borularında nə isə pozğunluqlar baş veribsə onların keçiriciliyi nəticəsində pozulur. Keçiricilik pozulursa, burda hamiləlikdən danışmaq qeyri-mümkündür. Çünki süni mayalanma ancaq borularda gedir.

- Sonsuzluğa qarşı müalicə iki tərəfli aparılmalıdır, həm qadın, həm də kişi müalicə olunmalıdır. Ancaq təəssüf ki, Azərbaycanda ailələr sonsuzluğun səbəbkarı kimi yalnız qadını görürlər. Yəni, uşaq olmursa, günahkar qadın hesab olunur. Sizcə bu nə dərəcədə doğrudur?

- Bu tibbi nöqteyi-nəzərdən düzgün deyil. Ola bilsin ki, qadında heç bir problem olmur, göstərilən təyinatlar və müayinələr nəticəsində qarşı tərəfdə elə kobud dəyişikliklər olur ki, burda hamiləlikdən danışmaq qeyri-mümkündür. Ona görə də cütlüklərin ikisi də müayinədən keçməlidir.

- Bildiyimiz kimi ailə qurulduqdan 2-3 ay sonra əgər həmin ailədə uşaq dünyaya gəlmirsə, valideynlərı bir fikir düşündürür ki, niyə bunların uşağı olmur?

- Həm psixiloji durum, həm də sosioloji durum burda normaya düşməlidir. Yəni 6 ay müddətinə qədər ailə gözləməlidir. Əgər müddət 2 ilə qədər çəkərsə, bu sonsuzluq əlamətidir. Çünki, qadın ailə qurduqdan sonra orqanizmində odaptasiya dövrü gedir.  

- Gənc qızların ailə qurmaq üçün hansı yaş dövrü daha əlverişli sayıla bilər?

- 20-25 yaşa qədər ailə qurmaq daha əlverişli sayıla bilər. Bizdə nigah yaşı 18 dən götürülür.

- Azərbaycanda sonsuzlar çoxdurmu?

- Çoxdur. Sonsuzluğun əsas səbəbkarı oğlanlardır. Onların üzərinə daha çox məsuliyyət düşür. Mənim müşahidəmə görə sonsuzluq daha çox oğlanlarda müşahidə olunur.

- Sizcə oğlanlarda yaranan bu problemin başlıca səbəbi nədir?

- Buna səbəb oğlanların kiçik yaşlarında infeksion xəstəlikləri keçirdib, nəzarətdə olmamağı, psixoloji durumları və yetginlik dövründə təsadüfü cinsi əlaqə. Valideynlər həmişə uşaqlarının üzərində diqqətli olmalıdırlar.

 

“Körpənin  süni yolla kənarlaşdırılması qadın, üçün böyük təhlükə yaradır”

- Cinsi yetginlik dövründə cinsi əlaqə haqqında valideynlər öz övladları ilə yetəri qədər söhbət etmirlər. Sizcə söhbətlər əsasdır?

- Bəli. Valideynlər uşaqları ilə hər yaş dövründə söhbət etməlidirlər. Çünki valideyn kimi uşağa düzgün yol göstərən yoxdur.

- Çox zaman qızlarda aybaşı zamanı gecikmə və ya nə isə problem baş verəndə bu haqqda anaya heç bir söz demirlər.

- Mən deyərdim ki, bu da risk faktlarının birinə daxildir. Övlad mütləq ana ilə söhbət etməlidir. Məncə daha çox valideyn söhbət etməyə can atmalıdır.

- Sizin doğuşdan əvvəl dölün cinsiyyətini öyrənmək üçün ultrasəs müayinısindın keçməyə münasibətiniz necədir?

- Bunu əleyhinəyəm. Əgər, qız və oğlan məsələsinə görə süni uşaq götüzdürmə edilərsə, bu çox yanlış bir addım olar. Bu bizim nəsib olduğumuz dinə görə də günahdır və belə desək məsulliyyəti də ağırdır. Əgər bir həkim 12-13 həftəlik cinsiyyəti tam təyin olunmüş bir körpənin  süni yolla kənarlaşdırılması qadın, üçün böyük təhlükə yaradır.  

- Statiktikaya əsasən Azərbaycanda dünyaya gələn oğlan uşaqlarının sayı qızlara nisbətən çoxdur. Bu da bir neçə ildən sonra qızların sayının kəsilməsi ilə nəticələnə bilər. Buna münasibətiniz..

- Bildiyiniz kimi bizim ailələrimizdə həmişə oğlan uşaqlarına üstünlük verilib. Xəstəxanaya gələn qadın ilk növbədə uşağının cinsi ilə maraqlanır. Əksər qadınlarımızın 1 və 2 oğlan övladının olmasına baxmayaraq, yenə də uşağının oğlan olmasını istəyir. Əgər uşaq istəmirsənsə, hamiləlikdən qorunma metodları çoxdur. Bu metodlar həm tibbi, həm də dini cəhətdən uyğun metodlardır. Amma hamiləliyi yetişdirib, sonra onu süni yolla kənarlaşdırmağın tam əleyhinəyəm.

- Uşağın cinsiyyətinin formalaşması daha çox qadından, yoxsa kişidən aslıdır?  

- Genetik xromosom dəyişikliyindən aslıdır. Kişi xromosomlarının üstünlük təşkil olunması oğlan uşaqlarının dünyaya gəlməsinə gətirib çıxarır. Bu da genetik analizə əsaslanır. Ultra səs müayinəsində hamiləliyin 12-13 həftəsində bəlli olur ki, uşaq oğlandır, yoxsa qız. Elə zamanlar olur ki, ultra səs müayinəsində də yalnışlığa yol verilir.

- Bu gün statiksik göstəricilərə nəzər salsaq, hamilələrin sayını qənaətbəxş hesab etmək olar?

- Əgər mənim müşahidələrimi götürsək, bizdə kifayət qədər doğuş var.

Müəllif: "Mama-ginekoloq" Dr. Cəmilə İsmayılova.



Materiallardan istifadə edərkən Tibbiportal.az saytına aktiv link göstərilməlidir
Чем мы можем вам помочь?
Copyrights © 2024 : BSA Company, Baku, Azerbaijan Qeydiyyat
elan yerləşdir pulsuz elan yerləşdirelan