Pollinoz

Pollinoz

Опубликовано в: | 2018-08-30
Pollinoz
Pollinoz - bitkilərə qarşı həssaslıq deməkdir.
 İnsan orqanizmindən asılı olaraq bəzi allergiyalar mövsümü xarakter daşıyır, əsasən yaz və payız aylarında daha qabarıq şəkildə özünü göstərir. Ağacların çiçək açdığı ərəfədə tozlanma ilə əlaqədar olaraq bahar aylarında allergik reaksiyalar artır. İyul və avqust aylarında isə ambroziya və alaq otlarının səbəb olduğu allergiyalar ön plana çıxır.

Allergiyanın əsas əlamətləri:
-dərinin qızarması və qaşınması
-başağrısı
-burun axması, tez tez asqırma
-gözlerin sulanması və qaşınması
-tənginəfəslık və çətin nəfəs alma

Bu cür xəstələrə tozlanma dövründə açıq havada az gəzmək, maskadan istifadə etmək, evdə otağın qapı və pəncərəsini bağlı saxlamağa çalışmağı məsləhət görürük.
Allergenlə təmas qaçılmaz olduğu üçün müalicə almaq mütləqdir. Dəri prik testi ilə və qanda allergenə uyğun spesifik immunoqlobulin E-nin səviyyəsinə görə səbəbkar faktoru müeyyən etmək vacibdir. Düzgün seçilmiş müalicə ilə bu xəstəliyin həyat keyfiyyətinə təsirini aradan qaldırmaq olar.

Müəllif: "Allerqoloq" Dr. Nigar Təhməzova.


Materiallardan istifadə edərkən Tibbiportal.az saytına aktiv link göstərilməlidir
Чем мы можем вам помочь?
Copyrights © 2024 : BSA Company, Baku, Azerbaijan Qeydiyyat
elan yerləşdir pulsuz elan yerləşdirelan