Depressiya
Опубликовано в:
| 2018-08-30
Depressiya özünü halsızlıq, ruh düşgünlüyü, heçnəyə marağın olmamasıyla göstərən bir xəstəlikdir. Burada xəstəlik sözünü xüsusi qeyd eləmək lazım, çünki çox hallarda depressiyanı gündəlik işlərə, problemlərə bağlı olan qisa müddətli əhval-ruhiyyənin aşağı olmasıyla səhv salırlar və depressiyaya, depressiyada olan insanlara, problemin böyüklüyünə ciddi yanaşmırlar. Depressiya hər yaş dövründə rast gəlinə bilər, buna baxmayaraq depressiya ən çox 25-35 yaşlarında daha çox rast gəlinir. Depressiya həyat boyu rast gəlmə tezliyinə görə qadınlarda 5-20%, kişilərdə 2,5-10%, yeniyetmələrdə 4%, uşaqlarda 2% təşkil edir. Depressiyanın 3 əsas və əlavə əlamətləri vardır. 3 əsas əlamət əhval-ruhiyyənin nəzərə çarpacaq dərəcədə aşağı olması, əvvəl marağı olduğu hərhansı məşguliyyətə aydın dərəcədə marağın azalmasi və günün çox hissəsini özünü yorğun hiss etmə bundan başqa əlavə əlamətlər kimi yuxu pozuntulari (aşırı yuxululuq vəya yuxuya getmə problemi), iştah pozuntulari (aşırı yemək yemə və iştahın olmaması), cinsi istəyin azalması, əsəbilik, ağlamağa meyllik, tək qalma istəyi, özünü günahlandırma və s.. kimi əlamətləri göstərə bilərik. Bu əlamətlərdən ən azı 4-u 2 həftə müddətində davam edirsə o zaman depressiyadan şübhələnmək olar. Depressiya uşaqlarda və yaşlı insanlarda biraz daha fərqli əlamətlərlə özünü göstərir. Uşaqlarda depressiya zamanı daha çox aqressivlik, ağlağanlıq, sözə qulaq asmama, dərsə getmək istəməmək, altını islatma və s kimi əlamətlərlə özünü göstərir. Yaşlı insanlarda depressiya daha çox somatik əlamətlərlə özünü göstərir, yəni oynaq, əzələ ağrıları, döş qəfəsində sıxıntı, ağrı və s kimi əlamətlər daha çox müşahidə olunur və ona görədə yaşlı insanlarda çox vaxt depressiya olduğu aşkarlanmir. Araşdırmalara əsasən deyə bilərəmki hərhansı somatik şikayətlərlə həkimə müraciət edən yaşlı insanların 2/4-də depressiya vardır və depressiya olduğu aşkar olunsa, müalicə olunsa yanaşı gedən hər hansı xəstəliyin müalicəsi daha asan olar.
Depressiyanın yaranma səbəbləri müxtəlifdir əsas olaraq psixoloji, bioloji və sosial səbəbləri göstərmək olar.
Bioloji beyində olan serotonin azlığıyla.
Psixoloji yaxın insanın ölümü, keçirilmiş hər hansı psixoloji travma, ev, iş, məktəb dəyişikliyi, uşaqlara qarşı fiziki və cinsi zorakılıq, valideynlərdən hər hansı birinin ölümü və s.
Sosial səbəb kimi işsizlik, müharibə və s kimi səbəblər depressiyaya gətirib cıxara bilər.
Depressiya dediyim kimi xəstəlikdir və residiv verən(təkrarlanan) xəstəlikdir
1-ci epizoddan sonra təkrarlanma faizi 50%, 2-ci epizoddan sonra 75%, 3-cü epizoddan sonra 90% təşkil edir və müalicə olunmadıqda xroniki hal alır. Depressiyanın müalicəsində həm farmakoterapiya(dərmanla) həmdə psixoterapiyadan istifadə olunur. Həmçinin bundan əlavə həyat tərzində müəyyən dəyişikliklər eləməklədə depressiyaya qarşı profilaktik tədbirlər görmək olar.
Bunun üçün əsas olaraq yuxu rejiminə riayət eləmək, gün ərzində 30-40dəqiqə sürətli gəzmək, əhvalınızı xoş edəcək insanlarla daha çox vaxt keçirmək, sağlam qidalanmaqla və s kimi məşğuliyyətlərlə depressiyaya qarşı daha dözümlü orqanizm, daha dözümlü ruha sahib ola bilersiz.
Müəllif: "Psixiatr" Bəxtiyar Mustafayev.
Materiallardan istifadə edərkən Tibbiportal.az saytına aktiv link göstərilməlidir