Göbək yırtığı

Göbək yırtığı

Опубликовано в: | 2018-08-20
Göbək yırtığı
Uşaqlarda çox rastlanan və valideynlərini narahat edən göbək yırtığı. 
Göbək yırtığı uşaq doğulduqdan sonar göbək kanalının bağlanmaması hesabına əmələ gəlir. 90% halda 3 yaşına qədər özlüyündən keçir.

Əlamətləri: 
Uşaq ağlayan, gücənən zaman göbəkdə yaranan, artıb azalan şişkinlik göbək yırtığının əsas əlamətidir. Göbək yırtığı ağrı, narahatlıq və əsasən həzm problemlərinə yol açır. 

Müalicəsi:
Normada göbək yırtığı 3 yaşına qədər heç bir müalicə olunmadan öz-özünə keçir. Əgər 3 yaşına qədər keçməmişdirsə, 1 dəfə belə olsun boğulma olmuşdursa, yırtıq defektinin eni 1.5 sm.dən böyükdürsə bu zaman yırtıq cərrahi yolla aradan qaldırılmalıdır. 
Yırtıq boğulmasının ilk əlamətləri ağrı və narahatlıqdır. Daha sonra yaranmış şişkinlik getdikcə artır və şişkinlik üzərindəki dəri qızarmağa başlayır. Bunun ardınca uşaq yediyi qidanı qusmağa başlayır. Boğulma aradan qaldırılmadığı təqdirdə getdikcə qusuntu ödlə qarışıq sarı-yaşıl olmağa başlayır. 
Nəcis ifrazı olduğu təqdirdə nəcisində qanın olması artıq bağırsaq divarında dəyişikliklərin getməsindən ( bağırsaqda çürümənin getməsindən ) xəbər verir. Yırtıq boğulması həyati təhlükəli bir haldır və təcili cərrahi müdaxilə edilməsini tələb edir. Göbəyə dəmir pul (qəpik) yaxud bandaj qoyulması, sağalmaya bir təsir göstərmədiyi üçün heç bir məna kəsb eləmir.

Müəllif: "Uşaq cərrahı" Dr. Toğrul Ömərov

Materiallardan istifadə edərkən Tibbiportal.az saytına aktiv link göstərilməlidir
Чем мы можем вам помочь?
Copyrights © 2024 : BSA Company, Baku, Azerbaijan Qeydiyyat
elan yerləşdir pulsuz elan yerləşdirelan