Hesperin əlamətləri
Опубликовано в:
| 2018-08-20
Ağız, yanaq, burun, göz, dodaq nayihələrindən yaranan adi herpes kimi, genital herpes (cinsiyyət orqanlarının qişasında yaranan) suluqlar şəklində özünü büruzə verir.
İnkubasiya dövrü 1-10 gün təşkil edir. Virus zədələnmiş nahiyədə yanğı, qaşınma və ağrı yaradır. Əksər hallarda suluqların möhtəviyyatı şəffaf olur, lakin müstəsna hallarda o, qanlı da ola bilir. Xəstəlik əhval-ruhiyyənin pisləşməsi, iştahsızlıq, bədən hərarətinin yüksəlməsi, əzginliklə müşayiət olunur.
Xəstəliyə yoluxduqdan dörd gün sonra suluqlar partlamağa başlayır və bu zaman islanan yaralar, bəzi hallarda isə (qabıq altında və ya onsuz sağalan) xoralar əmələ gətirir.
Yuxarıda qeyd edildiyi kimi, xəstələr zədələnmiş nahiyədə ağrı, qaşınma hiss edirlər. Bədənin hərarəti 38 dərəcəyə qədər yüksəlir. Qasıq limfa düyünlərinin böyüməsi istisna olunmur. Genital herpesin kəskin dövrü 3-5 həftəyə qədər davam edir.
Müəllif: "Ginekoloq" Dr. Fəxranə Hüseynzadə
Materiallardan istifadə edərkən Tibbiportal.az saytına aktiv link göstərilməlidir