İdmanın Zob (tiroid vəzinə) mənfi təsiri
Опубликовано в:
| 2018-08-14
Mütəxəssislər bildirirlər ki, həddindən çox intensiv idmanla məşqul olmaq zob (tiroid vəzinə) mənfi təsir göstərir.
Hesab edilir ki, idmandan sonra kifayət qədər yorğunluq olursa o zaman onun faydası var. Yəni, burada, mütəxəssislər idmanla orta intensivliklə məşqul olmağı qeyd edirlər. Həddindən intensiv idman orqanizm üçün əlavə stress və yük olduğu üçün tiroid vəzinin funksiyasında pozulmalara yol aça bilər. Məşq etidyiniz zaman orqanizm məşq stressinə qarşı reaksiya kimi stresshormonu kortizolu ifraz edir. Həddindən çox intensiv məşqlər kortizolun da çox ifraz olunmasına səbəb olması ilə tiroid vəzində pozulmalara yol açır. Peşəkar idmanda belə halları istisna etmək üçün idmançılar mütəxəssislərlə birgə çalışır, ancaq adi insanlar özləri məşq etdiyi üçün bu həddi aşa bilərlər.
Kortizolun yüksək səviyyəsi orqanizmdə iltihab proseslərinə, beyin və tiroid vəzin arasında olan siqnalların aktivliyində pozulmalara səbəb olur. Tiroid vəzinin funksiyasının pozulması orqanizmdə bir çox sistemin fəaliyyətinə mənfi təsir göstərir, çünki bu orqan maddələr mübadiləsinə, tənəffüsə, ürək ritminə, çəkiyə, sinir sisteminə, əzələlərə, xolesterin səviyyəsinə təsir göstərir. Tiroid funksiyasının pozulmasının əlamətləri yorğunluq, konsentrasiya zəifliyi, kökəlmə, zəif cinsi istək, pis əhval-ruhiyyə, soyuq ətraflardır.
Materiallardan istifadə edərkən Tibbiportal.az saytına aktiv link göstərilməlidir

Müəllif: "Endokrinoloq" Dr. Rövşən Həsənov