Abdulla Şıxlinski - Psixiatr, Psixiatr-narkoloq

Abdulla Şıxlinski - Həkim "Psixiatr", "Psixiatr narkoloq"
Abdulla Şıxlinski 6
Haqqında:
Abdulla Şıxlinski - Həkim "Psixiatr", "Psixiatr narkoloq"
İctimai -təhlükəli ruhi xəstələrin müalicəsi üzrə xüsusi şəhadətnamə almış həkim-psixiatrdır. Şəhadətnamə Moskva Elmi-tədqiqat psixiatriya institutu və Rusiya Beynəlxalq təhsil mərkəzi tərəfindən təqdim edilmişdir.


Təhsili:
1993-cü ildə N.Nərimanov adına Azərbaycan Tibb Universitetini "müalicə işi" ixtisası üzrə bitirib. Psixiatriya üzrə fundamental ixtisaslaşmanı Rusiya Federasiyası Tver Dövlət Tibb Akademiyasında M.P.Litvinov adına 1 saylı Tver vilayət psixiatriya xəstəxanasında keçib.

İş təcrübəsi:
Moskva, Leninqrad, Tver vilayətlərinin , Moskva, Sankt-Peterburq şəhərlərinin, Şimali qavkazın müxtəlif psixiatrik müalicəxanalarında, reabilitasiya mərkəzlərində həkim-psixiatr, həkim-psixiatr-narkoloq, həkim-psixoterapevt vəzifələrində, Bakı şəhərinin müxtəlif müalicə-profilaktika idarələrində həkim-psixoterapevt, həkim-psixiatr, psixonevroloq vəzifələrində çalışmışdır. Müəyyən müddət uşaq psixiatrı kimi də fəaliyyət göstərmişdir.

Kurslar və seminarları:
Azərbaycan Respublikası həkimləri təkmilləşdirmə institutunda "Psixiatriya", "Təxirəsalınmaz psixonevrologiya", "Neyroreanimasiya", "Psixoterapiya və tibbi psixologiya" üzrə ixtisaslaşma və təkmilləşmə kursları keçmişdir.Rusiya Dövlət Xalqlar dostluğu universitetinin tibb fakültəsində "Psixiatr-narkoloq", Moskva Elmi-tədqiqat psixiatriya institutunda, Rusiya Federal Psixi sağlamlıq mərkəzində "Uşaq-yeniyetmə psixiatrı", "Həkim-psixoterapevt", "həkim-psixiatr-seksopatoloq", "tibbi psixoloq", Serbski adına Rusiya Dövlət Sosial və məhkəmə psixiatriyası mərkəzində "Psixiatr-kriminalist" kvalifikasiyalarını almışdır.
Moskva Psixoterapiya və kliniki psixologiya institutunda "Krizis psixoterapiyası", "Hüquq psixologiyası bölmələrində hazırlıqda olmuşdur.
"Ruhi xəstələrin bioloji terapiyası, rabilitasiyası, readaptasiyası", "Sərhəd vəziyyətlərinin diaqnostikası", İndividual və krizis psixoterapiyası", "Seksual motivlərlə baş verən cinayətlərin psixiatrik xarakteristikası" mövzularında çoxlu sayda seminarların iştirakçısıdır.

Xidmətləri:
Böyüklərdə və uşaqlarda rast gəlinən bütün psixi pozğunluqların, həm sağlam, həm xəstə insanlarda rast gəlinən adaptasiya pozğunluqlarının aradan qaldırılması, müalicəsi və reabilitasiyası ilə məşğul olur.

1. Şəxsiyyət pozğunluqları.

2. Şizofreniya xəstəliyinin bütün formaları.
3. Nevrotik-funksional səviyyədə rast gəlinən pozulmalar.
4. Beyinin orqanik xəstəlikləri nəticəsində yaranan psixozlar.
5. Turetta sindromu.
6. Müxtəlif mənşəli tiklər.
7. Erkən uşaq autizmi:müalicə və reabilitasiya.
8. Doğuş travmaları nəticəsində uşaqlarda baş vermiş psixonevroloji sindromlar.
9. Ahıl yaşların psixozları.
10 .Bipolyar pozğunluqlar.
11. Ləng gedişli şizofreniya və həyəcan həmlələri ilə müşayət olunan obsessiv-kompulsiv vəziyyətlər.
12. Ağıl zəiflikləri.
13. Uşaqlarda hiperaktivlik və adaptasiya pozğunluqları.
14. Yayılmış depressiv sindrom, kiçik depressiv sindrom.
15. Qarışıq və leqir cərəyan edən şizofreniya.
16. Alsheymer və pik xəstəlikləri.
17. Gecikmiş şizofreniya.
18. Seksual davranışdan kənaraçıxmalar: homoseksualizm, zoofiliya, insest və onların psixoterapevtik metodlarla korreksitası.
19. Fasiləsiz cinsi əlaqəyə meyillilik və psixoterapevtik korreksita.
20. İmpotensiya və frigidliyin müalicəsi.
21. Narkotik və başqa növ asılılıqların müalicəsi və reabilitasiyası.
22. Həyəcan sindromları.
23. Şizoaffektiv və maniakal psixoz.
24. Klimaks dövründə yaranan psixozlar.
25. Uşaq şizofreniyası.
26. Qidalanma davranışının pozulmaları.
27. Ailə münaqişələri zamanı psixoterapiya.
28. Epilepsiya, epileptik psixozlar.
29. Seksual disfunksiyalar zamanı psixoterapiya.
30. Davranış pozğunluqları zamanı psixoterapiya. 
Şərh yaz
ŞƏKİLLƏR
VİDEOLAR
Qəbula yazılmaq
Copyrights © 2019 : BSA Company, Baku, Azerbaijan Qeydiyyat