Gülnara Məmmədova - Mama-ginekoloq, Ginekoloq, Cərrah-ginekoloq

Gülnara Məmmədova Cərrah Mama ginekoloq
Gülnara Məmmədova 2
  • Mama-ginekoloq, Ginekoloq, Cərrah-ginekoloq
  • İş təcrübəsi 31 il
  • (+99412) 464-86-09, (+99412) 464-86-08
  • Baz. Er.- Şənbə, 09:00 - 18:00
  • Ömür Klinikası
Haqqında:
Gülnara Məmmədova - Həkim "Cərrah mama ginekoloq".

Təhsili:
1986-cı ildə N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunu bitirmişdir.

İş təcrübəsi:

1988-2002-ci illərdə “Azərbaycan Hava Yolları” Dövlət konsernində Tibbi-sanitar xidmətin Aviasiya poliklinikasında həkim-ginekoloq, USM mütəxəssisi,
1990-2006-ci illərdə isə “Azərsutikinti” xəstəxanasında ginekoloq-cərrah işləmişdir.
2002-ci ildə “Ömür” klinikasını təsis edib və həmin ildən də klinikanın direktoru və praktik həkim vəzifəsində çalışır.

Kursları:
1988-ci ildə Leninqradda OTTO adına Mama-ginekologiya Elmi Tədqiqat institutunda təcrübə kursunda olmuşdur.
2007-2008-ci illərdə Moskvada Mama-ginekologiya Elmi Tədqiqat institutunda və ginekologiya və mamalıqda ultrasəsmüayinəsi üzrə kurs keçib.
2009-2010-cu illərdə Almaniyada mütəmadi olaraq Mama-ginekologiyada USM üzrə kurslarda olmuşdur.
2011-ci ildə Moskvada “Altra-Vita” klinikasında ekstrakorparal mayalnma üzrə ixtisasartırılma kursu keçib.
2013-cü ildə BƏƏ-nin Dubay şəhərində mamalıq üzrə kurs keçib.

2014-cü ildə Ankara şəhərinin , Qazi universitetitində ekstrakorparal mayalandırma üzrə ixtisasartırma kursu keçib.
2019-cu ildə “Ankara Gülhanə eğitim və araşdırma hastanesi” (tıp akademisi) ginekologiyada laparoskopiya üzrə eğitim kursu keçib.

Konfrans və Məqalələri:
2008-ci ildə azərbaycan dilində ilk dəfə nəşr olunan «Ginekologiyada USM müayinəsi» praktik vəsaitin həmmüəllifidir.
2011-ci ildə Təbriz şəhərində “Sağlam Turizm” mövzusunda beynəlxalq konfransda məruzə ilə çıxış etmişdir.
2011-ci ildə “Cinsi yetişkənlik dövründə olan qız uşaqlarında yumurtalıq disfunksiyasının kliniki laborator xüsusiyyətləri” mövzusunda elmi iş müdafiə edərək tibb üzrə fəlsəfə doktoru elmi dərəcəsini almışdır.
Yerli və xarici elmi-praktik jurnallarda nəşr olunmuş çoxsaylı məqalələr və “ginekologiyada ultrasəs müayinəsi”  və “mamalıqda ultrasəs müayinəsi” adlı 2 praktik vəsait müəllifidir.

Şərh yaz
ŞƏKİLLƏR
VİDEOLAR
Qəbula yazılmaq
Copyrights © 2019 : BSA Company, Baku, Azerbaijan Qeydiyyat