Fəridə Abdullayeva - Fizioterapevt, Reabilitoloq

Fəridə Abdullayeva - Fizioterapevt, Reabilitoloq
Fəridə Abdullayeva 2
  • Fizioterapevt, Reabilitoloq
  • İş təcrübəsi 25 il
  • (+99412) 404-08-08
  • (+99455) 674-70-40
  • Baz. Er.- Cümə, 09:00 - 16:00, Şənbə, 09:00 - 14:00
  • Mərkəzi Gömrük Hospitalı
Haqqında:
Fəridə Abdullayeva - Həkim "Fizioterapevt - Reabilitoloq"

Təhsili:
1973-1979-cu illərdə N. Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunda müalicə-profilaktika fakültəsində təhsil alıb.
1979-1980-cı illərdə Bakı, 3 №-li klinik şəhər xəstəxanasında internatura keçib.

İş təcrübəsi:
1981-2012-ci illərdə Dövlət tibb məssisələrində həkim fizioterapevt-reabilitoloq kimi fəaliyyət göstərib.
2012-ci ildən Mərkəzi Gömrük Hospitalında Fizioterapiya və tibbi reabilitasiya şöbəsinin rəisi, həkim fizioterapevt-reabilitoloq vəzifəsində çalışır.

Lisenziyalar və Sertifikatlar:
1984-1985-ci illərdə Burdenko ad. Elmi-Tədqiqat Neyrocərrahiyyə İnstitutu, Otorinolarinqologiya, Rusiya, Moskva
1985-ci ildə Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu (ADHTİ), Otorinolarinqologiya, ixtisaslaşdırma
1992-ci ildə ADHTİ, Otorinolarinqologiya, təkmilləşdirmə
1995-ci ildə ADHTİ, Fizioterapiya, ixtisaslaşdırma
2000-ci ildə ADHTİ, Fizioterapiya, təkmilləşdirmə 
2002-ci ildə Yaponiyanın Miyagi Prefekturasının Universitetin Tibb fakultəsinin “Əlil şəxslərə reabilitasion müalicənin təşkili ” mühazirə və praktiki məşğələlər kursu 
2008-ci ildə ADHTİ, Fizioterapiya, təkmilləşdirmə 
2015-ci ildə “Almaniyada səhiyyənin təşkili və inkişafı”, Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti (GİZ), Almaniya, Hamburq, Berlin, Leypsiq 
2016-cı ildə ADHTİ, Fizioterapiya, təkmilləşdirmə 
2017 “Fizioterapiyada innovativ texnologiyalar”, Azərbaycan, Bakı
2017-ci ildə “Modern technologies and equipment for reabilitasion and development of people with severe disability” Azərbaycan, Bakı
2018-ci ildə IV Beynəlxalq konqress "Fizioterapiya. Müalicəvi İdman. Reabilitasiya. İdman Təbabəti" Rusiya, Moskva

İcra etdiyi prosedurlar:
Onurğanın degenerativ xəstəlikləri (osteoxondroz,fəqərəarası disklərin protruziya və yırtıqları), nevritlər və nevralgiyalar, o cümlədən üz sinirin iflici, üçlü sinirin nevralgiyası, qabırğaarası nevralgiya, Artrit və artrozlar, miozitlər, tendinitlər, tenosinovitlər, epikondilitlər, Hemorragik və işemik insultlardan sonrakı monoparezlər və plegiyalar, hemi-para-parezlər və plegiyalar, Travmalardan sonrakı parezlər və plegiyalar, Uşaq serebral ifliclərin qalıq əlamətləri, Nevrozlar, Enurezlər, Aşağı ətrafların diabetik polineyropatiyası, Xroniki rinitlər (o cümlədən allergik), tonzilitlər, otitlər, sinusitlər, Dəri xəstəlikləri, alopeciya, Qadın cinsi orqanlarının xroniki iltihabi xəstəlikləri, Xroniki bronxitlər, bronxial astma, xroniki pnevmoniyalar, Xroniki qastritlər, mədə xorası, xroniki kolitlər, Xroniki sistitlər, xroniki prostatit, Limfa və venoz damarlarının durğunluğu.
Şərh yaz
ŞƏKİLLƏR
VİDEOLAR
Qəbula yazılmaq
Copyrights © 2019 : BSA Company, Baku, Azerbaijan Qeydiyyat