Səidə Kərimova - Fizioterapevt, Reabilitoloq

Səidə Kərimova 3
  • Fizioterapevt, Reabilitoloq
  • İş təcrübəsi 7 il
  • (+99412) 404-08-08
  • (+99450) 988-70-77 (Whats app)
  • Baz. Er.- Cümə, 09:00 - 16:00, Şənbə, 09:00 - 14:00
  • Mərkəzi Gömrük Hospitalı
Haqqında:
Səidə Kərimova - Həkim "Fizioterapevt - Reabilitoloq"
Sizlərə bilik və bacarığına görə, xəstələrə qayğı ilə yanaşmasına, mehribanlığına görə pasiyentlər arasında böyük hörmət və rəğbət qazanmış fizioterapevt-reabilitoloq Dr. Səidə Kərimovanı təqdim edirik.
Fizioterapevt-reabilitoloq Dr. Səidə Kərimova da daim öz üzərində çalışır, tibb elminin yeniliklərini, müasir texnologiyaları, qabaqcıl beynəlxalq təcrübəni mənimsəyərək xəstəliklərin müayinə və müalicəsində ən yeni üsullardan istifadə edir. Dünyanın bir sıra ölkələrində: Almaniya, İspaniya və Avstriyada təlimlər, seminarlarda iştirak edir. Çox sevindirici haldır ki, Mərkəzi Gömrük Hospitalın Fizioterapiya və Tibbi Reabilitasiya şöbəsində yeni müalicə metodlarının tətbiq edilməsi məqsədilə İspaniyanın Barcelona şəhərində Scoliosis Physical Therapy School-da “Skoliozun Schroth metodu ilə müalicəsi” mövzusunda iki mərhələli kursda müvəffəqiyyətlə iştirak edərək 2019-cu ilin fevral ayında beynəlxalq sertifikatla təltif olunub.

Təhsili:
2001-2007-ci illərdə Azərbaycan Tibb Universitetində təhsil alıb,
2007-2008-ci illərdə Milli Oftalmologiya Mərkəzində internatura keçmişdir.
2012-2016-cı illərdə Elmi Tədqiqat Tibbi Bərpa İnstitutunda fizioterapiya və reabilitasiya üzrə rezidentura proqramını bitirmişdir.

İş təcrübəsi:
2009-2016-ci illərdə özəl tibb müəssisələrində fizioterapevt-reabilitoloq kimi başlamışdır.
2016-cı ildən Mərkəzi Gömrük Hospitalında həkim fizioterapevt-reabilitoloq vəzifəsində çalışır.

Kurs və treyninqlər:
2011-ci ildə Almaniyanın Hamburq şəhərində Eppendorf Universitetinin Klinikasında treninq keçmişdir.

İcra etdiyi prosedurlar:
Dr. Səidə Kərimova pasiyentlərdə vertebroloji, nevroloji reabilitasiyanı, ortopedik və neyrocərrahiyyə əməliyyatlardan sonra tibbi bərpa, ağrı sindromları, idman travmaları, pediatrik reabilitasiya və digər dayaq hərəkət, sinir, tənəffüs sisteminin xroniki və kəskin patologiyalarının müasir fizioterapevtik müalicəsini və reabilitasiyasını həyata keçirir.
Son vaxtlar Avropada, ABŞ-da, İsrail və digər ölkələrdə skolioz xəstəliyinin müasir Schroth metodu ilə müalicəsi geniş istifadə olunur və Azərbaycanda bu müalicə üsulu ilk dəfə olaraq Mərkəzi Gömrük Hospitalında tətbiq olunur. Səidə Kərimova skolioz xəstəliyinin müasir Schroth metodu ilə müalicəsində 3D idman hərəkətlərindən, xüsusi tənəffüs texnikasından istifadə edərək istənilən yaşda olan pasiyentlərdə skoliozun dərəcəsinin azaldılmasını, normal duruşun bərpasını və yeni metodla müalicəsini həyata keçirir.

Şərh yaz
ŞƏKİLLƏR
VİDEOLAR
Qəbula yazılmaq
Copyrights © 2019 : BSA Company, Baku, Azerbaijan Qeydiyyat