Uzman Dr. Fəridə Saidova - Endokrinoloq, Cərrah endokrinoloq

Fəridə Saidova Cərrah Endokrinoloq
Uzman Dr. Fəridə Saidova 4

Haqqında:
Tibb Elmləri Namizədi Uzman Dr. Fərida Saidova - Cərrahi endokrinologiyaya aid olan elmi işlərin planlaşdırılmasında və yerinə yetirilməsində aktiv iştirak edir.
Fəridə Xeyrəddin gızı Saidova 160 elmi məqalə (onlardan 1 dərslik, 2 monoqrafiya, 1 metodik tövsiyyə), 2 ixtira, 2 səmərələşdirici təklifin müəllifidir.
Qalxanvari, qalxanvariətraf və böyrəküstü vəzlər üzərində əməliyatlar icra edir.


Təhsili:
1985-ci ildə N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitunun ikinci müalicə-profilaktika fakultəsini bitirmişdir. 
1988-1992-ci illərdə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi  akad. M.A. Topchubaşov adına ETKECİ-da “cərrahlıq” ixtisası üzrə aspiranturada oxumuşdur. 
11 dekabr 1998-ci ildə “Diffuz toksiki urun immun pozğunluqlarının cərrahi müalicəsi zamanı korreksiyası” mövzusunda, namizədlik dissertasiyasını müdafiə etmişdir.

İş təcrübəsi:
2 yanvar 1992–ci il tarixdə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi akad. M.A. Topchubaşov adına ETKECİ-nun endokrin cərrahlığı şöbəsinə kiçik elmi işçi vəzifəsinə təyin edilmişdir.
19 mart 1999 il tarixdə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi  akad. M.A. Topchubaşov adına ETKECİ-nun endokrin cərrahlığı şöbəsinə böyük elmi işçi vəzifəsinə seçilmişdir. 
11 mart 2008-ci ildə Ukraynanın Kiyev şəhərində Komissarenko adına Endokrinologiya və maddələr mübadiləsi İnstitutunda “Çoxdüyünlü eutireoid urun kliniki-morfologı xüsusiyyətləri və cərrahi müalicəsinin taktikası” mövzusunda doktorluq dissertassiyasını müdafiə etmişdir və tibb elmləri doktoru alimlik dərəcəsi almışdır. 
22 may 2009 il tarixində  Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası tərəfindən F.Х.Saidovaya tibb elmləri doktoru alimlik dərəcəsi verilmişdir (nostrifikasiya).
15 sentyabr 2010 ildə  Ə.Əliyev adına AzDHTİ “ümumi cərrahiyyə - II” kafedrasına əvəzçilik üzrə 0,5 v professor vəzifəsinə işə gəbul olunmuşdur.  
Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının 10 noyabr  2017 il tarixli (protokol №19 ) qərarı ilə F.X.Saidovaya II cərrahiyyə kafedrası üzrə professor adı verilmişdir.
11 sentyabr 2018 ildə müsabiqə yolu ilə endokrin cərrahlıgı şöbəsinin rəhbəri seçilmişdir.

Üzvlük:
2017 ildən Ali Attestasiya Komissiyasının Ekspert  Şurasının üzvüdür. Azərbaycan Endokrinoloqlar Cəmiyətinin sədr müavinidir.

Konfranslar:
25 may 2019 il...  “Hyatt Regency” otelinde  Respublikamızda ilk dəfə olaraq  I endokrin cərrahlıgı konfransı keçirildi. Bu gün artıq Azərbaycan Endokrinologiyasının tarixinə yazıldı. Əslində Respublikada çoxdan gözlənilən bir tədbir idi. Konfrans professor,  əməkdar elm xadimi Fikrət Mir-Mehdi oglu Mirsəlimovun 90 illiyinə həsr olunmuşdur. Konfransı akad M.A.Topçubaşov adına ECM direktoru professor R.M.Agayev Respublikada endokrinologiyanın və endokrin cərrahlıgının inkişafından danışaraq açdı. Azərbaycanda endokrin cərrahlıgının yaranması akademik Zülfüqar Məmmədovun adı ilə baglıdır. 1967-ci ildən, onun vəfatından sonra isə, Azərbaycanda endokrin cərrahlıgının inkişafı tamamiləprofessor F.M.Mirsəlimovun çiyinlərinə düşdü. 1973-cü ildə ETKETİ açılanda, Respublikamızda ilk dəfə onun tərkibində endokrin cərrahlıgı şöbəsi yaradıldı. Bu şöbənin yaradılmasında və elmi-praktik inkişafında professor F.M.Mirsəlimovun  rolu böyük və əvəzsizdir. Respublikada ilk dəfə feoxromositoma, androsteroma, insulinomanın ləgvi, İtsenko-Kuşinq sindromu zamanı bir və iki tərəfli epinefrektomiya, Nazarov əməliyyatı onun tərəfindən icra olunub. Professor F.M.Mirsəlimovun həyat yolundan onun tələbəsi, hal-hazırda həmin şöbənin rəhbəri və konfransın sədri professor  F.X.Saidova məruzə etdi. Bundan sonra onun tələbələri, dostları, iş yoldaşları öz xatirələri ilə bölüşdülər. Konfransın proqramı endokrinologiyanın əsas bölmələrini əhatə etmişdir: qalxanvari vəz, paratiroid vəzi, böyrəküstü vəz, hipofiz, yumurtalıqların polikistozu, piylənmə, prediabet və şəkərli diabet. Məruzələr ilə azərbaycan və dəvət olunmuş xarici qonaqlar iştirak etdilər. Kiyevdan gələn t.e.d., professor,  əməkdar elm xadimi, Endokrin Cərrahlarının Avropa Assosiasiyasında Ukraynanın nümayəndəsi S.M. Çerenko birincili hiperparatireozdan, Moskvadan – Endokrinologiya İnstitutunun neyrocərrahiyyə şöbəsinin rəhbəri t.e.d., professor A.Y.Qriqoryev hipofizin adenomalarının müalicə taktikasından, cərrahi endokrinologiya şöbəsinin b.e.i., t.e.d, professor D.Q.Beltseviç böyrəküstü vəzin insidentalomalarının diaqnostikasından, İstanbuldan - Dr. H.E.Taşkın metabolik cərrahiyyədə yeniliklərdən,  professor V. A.Mirzəzadə piylənmə, diabet və prediabetdən, L.X.Səlimxanova polikistoz yumurtalıqlar sindromu haqqında müasir elmi məlumatlar və kliniki tövsiyyələrdən, S.S.Bəbirov tireoidektomiyanın son naliyyəti - transoral tireoidektomiyadan məruzələr ilə çıxış etdilər. Konfransda Respublikamızın müxtəlif müalicə müəssisələrindən cərrah, endokrinoloq, terapevt, neyrocərrah, bariatrik cərrah, radioloq, qinekoloq və diyetoloqlar iştirak edirdi. Məruzələr böyük maraq ilə qarşılandı, çoxsaylı suallara və diskussiyalara səbəb oldu. Hesab etmək olar ki, bu gün müvəffəqiyyətlə, maraqlı,və unudulmaz keçdi.

Professor  F.X. Saidova qeyd etdiyi kimi endokrin cərrahlıgına həsr olunmuş konfranslar bundan sonra davamlı olaraq Respublikada daha geniş şəkildə keçiriləcək.

 

 

Şərh yaz
ŞƏKİLLƏR
VİDEOLAR
Qəbula yazılmaq
Copyrights © 2019 : BSA Company, Baku, Azerbaijan Qeydiyyat