Ləman Sultanova - Pediatr - endokrinoloq

Ləman Sultanova Pediatr endokrinoloq
Ləman Sultanova 7
Haqqında:
Ləman Sultanova - Həkim "Pediatr-endokrinoloq"
Avropa Pediatr Endokrinoloqlar Cəmiyyəti(ESPE) üzvüdür

Təhsili:
2000-2006, Azərbaycan Tibb Universiteti, Pediatriya fakultəsi
2006-2007, Sumqayıt şəhər uşaq xəstəxanası, internatura

Təkmilləşmə kursları:
2007-2008,Təkmilləşmə kursu, Endokrinologiya, Diabet və Metabolizm Mərkəzi
2011-2012, Təkmilləşmə kursu, Diplomdan sonrakı təhsil üzrə Sankt-Peterburq
Tibb Akademiyası, Rusiya Federasiyası, Sankt-Peterburq
2014, Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu, Bakı
2016, Təkmilləşmə kursu, Ege Universiteti, Çocuk Endokrinolojisi və Diabet Bilim dalı, Türkiyə, İzmir
2017, Təkmilləşmə kursu,On Dokuz Mayıs Universiteti,Çocuk Endokrinolojisi Bilim Dalı, Türkiyə, Samsun
2018 ,ESPE postgraduate course

Ölkəxaricində və ölkədə keçirilmiş bir çox konfrans və seminarlarda iştirak etmişdir.

Mühazirələri:
“Şəkərli diabetin müalicəsində sütun hüceyrələrin rolu” ,Azərbaycan Endokrinoloqlar Elmi Cəmiyyəti,Bakı 2009
“Yodis konsentrat istifadəsinin üstünlükləri” ,Azərbaycan Endokrinoloqlar Elmi Cəmiyyəti,Bakı 2009
“Uşaqlarda boy qısalıqlarına yanaşma” , Qidalanma və Dietoloqların Akademiyası, SSTM, Bakı2017

İş təcrübəsi:
2007-2011, Endokrinologiya,Diabet və Metabolizm mərkəzi,pediatr-endokrinoloq
2015-ci ildən Azərbaycan Tibb Universiteti,Terapevtik və Pediatrik propedevtika
kafedrası,”Şəkərli diabet tip 1 olan uşaqlarda ürəyin ritm variabelliyi və
elektrofizioloji remodelləşməsi” elmi işi üzrə dissertant
2015-ci ildən ATU,Tədris-terapevtik klinika,pediatr-endokrinoloq

Müalicə etdiyi xəstəliklər:
Uşaqlarda Şəkərli diabet tip 1 və tip 2
Anadangəlmə və qazanılma qalxanvari vəzi xəstəlikləri
Uşaqlarda boy qısalığı
Uşaqlarda çəki problemi,artıq çəki,piylənmə
Ca və D vitamin mübadiləsi problemləri
Yeniyetmələrdə cinsi inkişaf (ləngiməsi vəya erkən cinsi inkişaf)
Şəkərsiz diabet
Böyrəküstü vəzi xəstəlikləri
Yeniyetmə qızlarda aybaşı problemləri və tüklənmə

Oğlanlarda Hipoqonadizm

2019-01-22
Oğlanlarda Hipoqonadizm

Hipotalamus-hipofiz-testis sistemindəki hər hansı bir səviyyədəki çatmamazlıq hipoqonadizmə(cinsi inkişafın olmamasına) səbəb olur. Hiperqonadotrop hipoqonadizm testislərdəki (xaya) primer çatmamazlıqdır. Hipotalamus vəya hipofizdəki çatmamazlıq isə hipoqonadotrop hipoqonadizmə səbəb olur. Oğlanlarda cinsi inkişafın(puberta) başladığını göstərən ilk fiziki əlamət testis(xaya) həcminin böyüməsidir.Testis həcmi 4...

Endokrin Pozucular

2019-02-14
Endokrin Pozucular

Endokrin pozucular vəya ksenohormonlar - xaricdən qəbul edilən və bədənin endokrin funksiyalarını pozan, sağlamlığa ciddi ziyan vuran maddələrdir. Oyuncaq, təmizlik vasitələri, şampunlar, plastik qablar, selofan paketlər və s. gündəlik həyatımızda çox istifadə etdiyimiz bu vasitələrin tərkibində olan kimyasallar uşaqlarda inkişaf geriliyi, piylənmə, erkən vəya gecikmiş cinsi inkişaf, xərçəng və s. kimi ciddi xəstəliklərə yol a&...

Vitamin D

2019-02-16
Vitamin D

0-18 yaş aralığı uşaqlarda(pediatrik yaş qrupu) D vit ( 25(OH)D ) qanda səviyyəsinin 20 ng/ml üzərində tutulması hədəflənməlidir ( Amerika Endokrin Cəmiyyəti; Amerika Pediatrlar Assosiasiyası). Bunun üçün: 0-1 yaş aralığı uşaqlarda, doğumdan etibarən - 400 İU/günlük; 1-3 yaş arası bütün uşaqlarda yaşam şərtləri nəzərə alınaraq, ən az - 400 İU/günlük; 1-18 yaşa qədər bütün uşaq və yeniy...

Qızlarda cinsi inkişaf zamanı yumurtalıq-uşaqlıq dəyişimləri

2019-03-12
Qızlarda cinsi inkişaf zamanı yumurtalıq-uşaqlıq dəyişimləri

Prepubertal qızlarda uşaqlıq "göz yaşı" formasında olub, cinsi yetişkənlik irəlilədikcə "armud" formasın alaraq, ölçücə böyüyür. Uşaqlıq uzunluğu prepubertal qızlarda 3.3(+-) 0.9 sm ikən, cinsi inkişafın mərhələlərinə uyğun böyüyür. Tanner 2. (3.5+-0.7) Tanner 3. (5.8+-0.5) Tanner 4. (6+-1.0) Tanner 5. (6.9+-0.6) olur. Yumurtalıqlar, 2 yaşında 1 ml ikən, 12 yaşında 2-2.5 ml həcmə çatır. V...

Metabolik Sindrom

2019-03-25
Metabolik Sindrom

Müasir həyat tərzi və qeyri-sağlam qidalanmanın nəticəsidir ki,artıq yetişkinlərdə görülən bir çox xəstəliklər “cavanlaşıb”. Öncələri yalnız, 40, 50 yaş şəxslərdə rastlanan Metabolik sindrom, əfsusslar olsun ki, artıq uşaqlarda da sıx-sıx rastlanır. Beynəlxalq Diabet Federasiyasının (IDF) 10-16 yaş uşaqlar üçün Metabolik sindrom kriteriyalarını müəyyənləşdirmişdir: yaşa, cinsə görə...

Uşaqlarda ocaqlı saç tökülmənin endokrin səbəbləri

2019-03-25
Uşaqlarda ocaqlı saç tökülmənin endokrin səbəbləri, ushaqlarda ocaqli sac tokulmenin endokrin sebebleri

Alopecia Areata(ocaqlı saçtökülmə)-nin bir çox səbəbləri vardır. Uşaq yaşlarında rastlanan bəzi endokrin patologiyalarda da ocaqlı saçtökülmə müşahidə edilir. 1)Autoimmun Poliglandulyar Sindrom (APS-1), gen mutasiyasına bağlı bir xəstəlikdir. Klinik təzahürlər: mukantoz kandidiyazis, hipoparatiroidizm(qalxanvari ətraf vəzlərin hipofunksiyası) və adrenal yetməzlik(böyrəküstü vəz &cc...

Pubertal jinekomastiya

2019-03-25
Pubertal jinekomastiya

Yeniyetmə oğlanlarda cinsi yetkinlik periodunda tez-tez rast gəlinən hallardan biridir. Tək vəya cüttərəfli məmədəki qlandulyar toxuma proliferasiyasıdır. Əmələ gəlmə mexanizmi olaraq, normalda balans içində olan estrogen(qadın cinsi hormonu) –testosteron(kişi cinsi hormonu) balansının pozulması və məmə toxumasının estogenlərə həssaslığının artması qəbul olunur. Cinsi yetkinliyin başlanğıcında hipofizdən ifraz olunan hormonlar t...

Diabetes İnsipidus (Şəkərsiz Diabet)

2019-05-06
Diabetes İnsipidus, Şəkərsiz Diabet, shekersiz diabet

Şəkərsiz Diabet-hipofiz vəzində ifraz olunan ADH ( antidiuretik hormon) ifrazın olmaması vəya böyrəklərin bu hormona cavabının olmaması nəticəsində meydana çıxır. Mərkəzi mənşəli olduqda ADH sintezi olmur, nefrogenik mənşəli olduqda ADH-ya renal cavab olmur. Nəticədə, çox su içilməsinə baxmayaraq, çox sıx sidik ifrazı da olduğu üçün orqanizmdə susuzlaşma baş verir və hipernatremiya olur. Normal in...

Qızlarda Tüklənmə

2019-05-06
Qızlarda Tüklənmə, qizdarda tuklenme

Hirsutizm-qızlarda androgen həssas nahiyələrdə qıllanmanın artmasıdır. Qanda androgen artışına bağlı meydana çıxır. Endokrin səbəbləri: Adrenal mənşəli (böyrəküstü vəzi ): Prematur adrenarx, nonklassik anadangəlmə böyrəküstü vəz hiperplaziyası, kuşinq xəstəliyi, böyrəküstü vəz şişi, kortizol dirənci və s. Gonadal mənşəli (yumurtalıq): Ovarian hiperandrogenizm,polikistik yumurtalıq sindromu, yumu...

Uşaq və Yeniyetmələrdə Yod çatmamazlığı

2019-05-08
Uşaq və Yeniyetmələrdə Yod çatmamazlığı, ushaq ve yeniyetmelerde yod catishmamazligi

Yod-tiroid hormon sintezi üçün əvəzolunmaz maddədir. Qalxanvari vəzidə yetərli miqdarda tiroksin (T4) sintezlənməsi üçün günlük 50 mikroqram yod qəbul olunmalıdır.Uşaqlarda: 0-5 yaşlarda ehtiyac 90mikrogram/gün; 6-12 yaşlarda ehtiyac 120 mikrogram/gün; yetişkinlərdə ehtiyac isə 150 mikrogram/gündür. Uşaq və yeniyetmələrdə yod çatışmazlığı olduqda şikayətlərlə rastlaşa bil...

Valideyinlərə müraciət❗️

2019-05-27
Valideyinlərə müraciət, valideyinlere muraciet

Uşağın boy izləminin aparılmasımda əsas məsuliyyət sizlərə düşür.✅ boyun düzgün nəzarətini aparmaq üçün,ildə ən azı 2 dəfə boyölçümü aparın ki,illik böyümə sürətin hesablamaq olsun.✅ yaşıdları ilə müqayisə edin.✅ geyim və ayaqqabılarının hər il kiçilib-kiçilməməsinə diqqət edin.✅ evdə,divarda sadə bir boyölçmə metrəsi asaraq,hər 3-4 aydan bir...

Hipoqlikemiya

2019-07-12
Hipoqlikemiya

Qan şəkərinin normal dəyərləri 70-120 mg/dl-dir. Ümumən götürdükdə, qan şəkərinin 50 mg/dl altında olması hipoqlikemiya adlanır.Lakin,diabetli şəxsdə qan şəkərinin 70 mg/dl az olması güvənsiz bir rəqəmdir və hər an daha aşağı rəqəmlərə düşmə ehtimalı var deməkdir.Əlamətlər:-aclıq hissi-əllərdə və bədəndə titrəmə-ürək döyüntülərinin sayının artması-başağrısı-yuxululuq-huşun itməsi-iki gör...

Boy uzanması neçə yaşda dayanır?

2019-07-12
Boy uzanması neçə yaşda dayanır?

-Əl və əl-biləyi epifizlərinin bağlanması qızlarda 13 yaş, oğlanlarda 15 yaş aralığında başlayır.Sağlam uşaqlarda təxminən qızlar üçün 16-16.5,oğlanlar üçün 17.5-18 yaşda boy artımı dayanmış olur.Qeyd olunan yaşlardan sonra nə kök şirəsi, nə vitamin preparatları, nə turnik, nə də ki, boyuzatma kursları bir işə yaramaz!!!Boyuzatma haqqında kitablar yalnız şəkildəki variantda istifadə olunarsa, fayda verə bilə...

Şərh yaz
ŞƏKİLLƏR
VİDEOLAR
1
2
Qəbula yazılmaq
Copyrights © 2019 : BSA Company, Baku, Azerbaijan Qeydiyyat