Vaqif Qələndərli - Plastik və Estetik cərrah

Vaqif Qələndərli - Plastik və rekonstruktiv cərrah
Vaqif Qələndərli 6
  • Plastik və Estetik cərrah
  • İş təcrübəsi 24 il
  • (+99412) 539-08-48, (+99412) 539-07-40
  • (+99450) 377-00-00
  • Baz. Er.-Şənbə, 08:00 - 17:00
  • Qələndər Klinikası
Haqqında:
Tibb uzrə elmlər doktoru, professor, Azərbaycan Prezidenti yanında Ali Attestasiya Komissiyasının tibb və əczaçılıq elmləri üzrə Ekspert Şurasının müavini, Azərbaycan Plastik Cərrahlar Assosiasiyasının sədri, Beynəlxalq Plastik Cərrahiyyə Assosiasiyasının idarə heyətinin həqiqi üzvü, plastik və rekonstruktiv cərrah - Həkim Vaqif Məhərrəm oğlu Qələndərov

Təhsili:
1987-ci ildə Azərbaycan Dövlət Tibb Universitetinə qəbul olmuşdur.
1988-1990- cı illərdə Macarıstanda hərbi xidmətde olmuşdur. 1993-cu ildə Tibb Universitetini əla qiymətlə oxuduğuna görə 4-cü kursdan Türküyənin İstanbul Universitetinin Cerrahpaşa Tibb Fakültəsinə təhsilini davam etdirmək ücün göndərilmişdir. 1995-ci ildə həmən universiteti bitirərək Tibb doktoru adını almışdır.
1995-ildə universiteti bitirdikdən sonra Turküyənin İstanbul Universitetinin Capa Tibb Fakültəsinin Plastik və Rekonstruktiv mikrocərrahiyyə mərkəzində uzmanlıq imtahanı verərək ixtisasa başlamışdır.
1995-2000-ci illərdə Azərbaycan Dovlət Təhsil Nazirliyi və Səhiyyə nazirliyi xətti ilə təqaüdlu olaraq İstanbul Universitetinin Çapa Tibb Fakültəsinin Plastik və Rekanstruktiv mikrocərrahiyyə mərkəzində təhsil almışdır.
2000-ci ildə məzun olaraq Plastik və Rekonstruktiv cerrahiyyə Uzmanı adını almışdır.
2003-cü ildə «İnternal mammariyan arteryaya dayalı yeni ada flebi »adlı yeni cərrahiyyə metodu adlı disertassiya müdafiyə edərək Plastik və Rekonstruktiv cərrahiyyə üzrə fəlsəfə doktoru alimlik dərəcəsi adını almışdır. 11.02.2004 ildə Azərbaycan Milli Akademiyasının konfrans zalında ,Tibb Universitetinin,Səhiyye Nazirliyinin və Akademiyanın Biologiya-tibb elmləri bolməsinin birlikdə iştirakı ilə keçirilen elmi seminarda “Plastik və Rekonstruktiv mikrocərrahiyyədə elmi yeniliklər və yeni cərrahiyyə üsulları” adlı məruzələri dinlənildi.Akademiyanın Reyaset Heyyətinin No:p-15 qərarı ilə Azərbaycan Atestasiya Komissiyasına ona professor elmi adının verilməsi tövsiyyə olundu.

İş təcrübəsi:
2001-2007 –ci illərdə Azərbaycan Respublikasi Səhiyyə Nazirliyinin Mərkəzi kliniki xəstəxanasinda və Respublika Kliniki xəstəxanasında plastik və rekonnstruktiv cərrah isləmisdir. 2007-cı ildən «Qələndər Plastik və Rekonstrutiv cərrahiyyə»klinikasının rəhbəri işləyir.
2001-ci ilden Azərbaycan Dövlət Tibb Universitetinin 1-ci Cərrahi xəstəliklər kafedrasının və Ağız və üz-çənə cərrahiyyəsi kafedralarının müəllimi ve dosenti vəzifəsində çalışmışdır.
Hal hazırda Azərbaycan Dövlet Tibb Universitetinin və Azərbaycan Həkimləri Təkmilləşdirmə Üniversitetinin plastik və rekonstruktiv cərrahiyyə ixtisası üzrə rezidentlərinin hazırlanmasının kuratorudur, professor vəzifəsində çalışır. Azərbaycan Dövlət Tibb Universitetində «Yumşaq toxumaların böyük defektlərinin rekonstruksiyasının yaxşılaşdirılmasi yolları» adlı disertasyasını yekunlasdırmış və Ali Atestasiya Komisyasi tərəfindən 12.07.2017 ci ildə tibb uzrə Elmlər Doktoru elmi dərəcəsi verilmişdir. Plastik və Rekonstruktiv cərrahiyyə ixtisası üzrə tələbələrin və rezidentlərin hazırlanması üçün universitetimizdə ilk dərslik və dərs vəsaitinin müəllifidir. ABŞ-da nüfuzlu Florida universitetində Rui Fernandesin muəllifi olduğu “Local and Regional Flaps in Head & Neck Reconstruction” A Practical Approach dərsliyinin 20-ci fəslində “Daxili döş arteriyası cərrahiyyəsi: yeni flebin təsviri” adlı bərpa üsulu rezidentlərin və bu sahənin mutəxəssisləri üçün "Vaqif Qelender" metodikası kimi tədris olunur. Altı yeni cərrahiyyə metodu, 78–elmi əsəri xarici ölkə jurnallarında və konfranslarında nəşr olunmuşdur. 2 dəfə dirsəkdən qopmuş qolun 6 -saat və 8-saatdan sonra təkrar yerinə replantasyası (bərpa olunması) əməliyyatını müvəfəqiyyətlə həyata kecirmişdir. 32-dən çox xarici ölkə elmi konfranslarında məruzəçi olarag iştirak etmişdir. Ölkəmizdə keçirilən bir çox Beynəlxalq form və konfransların istirakçısı və məruzəçisi olmuşdur. Ölkəmizdə 3 dəfə beynəlxalq Plastik və Rekonstruktiv cərrahiyyə konfranslarının bilavasitə təşəbbüskarı və təşkilatcısı olmuşdur. Azərbaycan Plastik Cərrahiyyə İctimai Birliyinin qurucusu və sədridir (PCİB). Beynəlxalq Plastik və Rekonstruktiv Cərrahiyyə konfederasiyasının idarə heyyətinin üzvü və milli nümayəndəsidir. (İPRAS) Beynəlxalq Plastik və Estetik Cərrahiyyə Assosasiyasının milli katibidir.

Şərh yaz
ŞƏKİLLƏR
VİDEOLAR
1
2
3
4
Qəbula yazılmaq
Copyrights © 2019 : BSA Company, Baku, Azerbaijan Qeydiyyat