İlahə Quliyeva - Mama-ginekoloq, Cərrah-ginekoloq

İlahə Quliyeva - Cərrah mama ginekoloq
İlahə Quliyeva 10
  • Mama-ginekoloq, Cərrah-ginekoloq
  • İş təcrübəsi 15 il
  • (+99450) 205-35-30, (+99450) 365-80-90-(whats app)
  • Baz.er.,-Cümə, 09:00-17:00
  • Baku Medical Plaza Babek
Haqqında:
Fransada ixtisaslaşmış Quliyeva İlahə - Həkim "Cərrah mama-ginekoloq"

Təhsili:
1999-2005-ci illərdə Azərbaycan Tibb Universitetinin Müalicə işi fakültəsini Fərqlənmə Diplomu ilə bitirib.
2005-2006-cı ildə A.T. Abbasov adına Şəhər Onkoloji Dispanserin OnkoGinekologiya şöbəsində internatura keçmişdir.
2006-2010-cu illərdə Fransanın Lyon şəhərində Claude Bernard Lyon 1 Universitetinin tibb fakültəsində və Qadın Ana Uşaq Mərkəzi Universitet Baza Xəstəxanasının Mama Ginekologiya şöbəsində Mama Ginekologiya sahəsi üzrə Rezidentura proqramını keçmiş və Fransa Mama Ginekoloq Mütəxəssisliyini qazanmışdir. Təhsil aldığı illər ərzində Fransa Dövlət Təqaüdünə və sonrakı illərdə Azərbaycan Dövlət Təqaüdünə layiq görülmüşdür.

İş təcrübəsi:
2010-cu il noyabr ayından Mərkəzi Gömrük Hospitalının Mama Ginekologiya şöbəsində cərrah mama ginekoloq kimi çalışmışdır. 2011-ci ildən etibarən Oksigen Klinik Xəstəxanasının Mama Ginekologiya Şöbəsinin Müdiri olmuşdur. 
2012-ci ildən Bakı Medical Plaza Klinikasında cərrah mama ginekoloq kimi fəaliyyətdə olmuşdur.
2013 -cü ilin noyabr ayından Ə.Əliyev adına Həkimləri Təkmilləşdirmə İnstitutunun Mama Ginekologiya kafedrasının əməkdaşıdır və ginekologiyanın ən müasir diaqnostika, müalicə üsulları mövzularında leksiyalar deyir. Həmçinin gənc kadrların və rezidentləri yetişdirən aktiv kuratordur.
2018-ci ildə bu günədək Baku Medikal Plaza Klinikasının Babək filialında cərrah mama ginekoloq vəzifəsində çalışır.

Kursları:
2006-2007-ci illərdə Vaginal Cərrahiyyə Diplomu, Claude Bernard Lyon 1 Universiteti, Lyon , Fransa
2007-2008-ci illərdə Laparoskopik Anatomiya və Disseksiya Diplomu Montpellier 1 Universiteti, Montpellier, Fransa
2008-2009-cu illərdə Sonsuzluq üzrə Master 1, Claude Bernard Lyon 1 Universiteti, Lyon, Fransa
2009-2010-cu illərdə Avropa Beynəlxalq Endoskopik Ginekoloji Cərrahiyyə Diplomu, Clermont Ferrand, Fransa
Fransa Milli Mama Ginekoloqlar Cəmiyyətinin və Avropa Endoskopik Ginekoloji Cəmiyyətin üzvüdür. İndiyədək çoxlu sayda konqreslərdə iştirak etmişdir və edir.

Sertifikatlari:
2008-ci ildə Orqan sallanması və qeyri iradi sidik qaçırmanın AMS (American Medical System) protezlərlə cərrahi müalicəsi, Lyon, Fransa
2010-cu ildə Laparoskopik Ginekoloji əməliyyat texnikaları İRCAD Strasbourg, Fransa
2010-cu ildə DALF C2 (fransız dili üzrə ən yüksək səviyyə), Lyon, Fransa.

İcra etdiyi prosedurlar:
Ginekoloji Cərrahiyyə
Laparoskopik ginekoloji əməliyyatlar:
Laparoskopik kista çıxarılması, Laparoskopik mioma çıxarılması, Laparoskopik boru açılması, Laparoskopik boru hamiləliyinin ləğvi, Laparoskopik uşaqlıq götürülməsi və s.
Histeroskopik əməliyyatlar: Histeroskopik polip götürülməsi, Histeroskopik arakəsmə götürülməsi,Histeroskopik mioma götürülməsi, diaqnostik histeroskopiya
Estetik ginekoloji əməliyyatlar: Vaginoplastika,Labioplastika, Hudoplastika
Yüksək Riskli hamiləlik ,Keysəriyyə əməliyyatı,Təbii doğuş
Miomalar
Kistalar
Poliplər
Endometrioz
Uşaqlıq yolunun daraldılması
Sidik qaçırma
Orqan sallanması
Sonsuzluq
Süni mayalanma
Aşılama

Qeyri iradi sidik qaçırtması olan qadınlara – MÜHÜM XƏBƏR

2019-06-29
Qeyri iradi sidik qaçırtması olan qadınlara – MÜHÜM XƏBƏR

- Sidik qaçırtma nəyə görə bu qədər önəmlidir?- Qadınlarda qeyri-iradi sidik ifrazı həyati təhlükə yaradan bir problem olmamasına baxmayaraq həyat keyfiyyətini sosial və cinsi anlamda ağır dərəcədə pozmaqdadır. Tez-tez islanmalar və bez istifadəsi uşaqlıq yolu infeksiyalarının yaranmasına, axıntılara səbəb ola bilir. Cinsi aktiv yaşdakı qadınların intim yaşam keyfiyyətinə də təsir edən bu problemin müalicəsi çox...

Şərh yaz
ŞƏKİLLƏR
VİDEOLAR
1
2
Qəbula yazılmaq
Copyrights © 2019 : BSA Company, Baku, Azerbaijan Qeydiyyat