Nazim Quliyev - Onkoloq (Baş-Boyun Cərrahı)

Nazim Quliyev - Onkoloq (Baş-Boyun Cərrahı)
Nazim Quliyev 11
  • Onkoloq (Baş-Boyun Cərrahı)
  • İş təcrübəsi 28 il
  • (+99412) 537-08-11 (Dax: 2814)
  • (+99450) 213-19-79
  • Baz.Er. - Cümə 09:00 - 15:00
  • Milli Onkologiya Mərkəzi
Haqqında:
Nazim Quliyev - Həkim Onkoloq (Baş-Boyun Cərrahı)


Təhsili:

1986-cı ildə Moskva Tibb-stomatoloji Universitetinə daxil olub.

İş təcrübəsi:
1992-ci ildən bu günə qədər Azərbaycan Milli Onkologiya Mərkəzində (MOM) baş-boyun cərrahı işləyir.
1997-1998-ci illərdə Moskvada Bloxin adına Elmi Tədqiqat Mərkəzində çalışıb.
2012-2013-cü illərdə Türkiyənin İzmir şəhərində yerləşən Ege Universitetində Qulaq-burun-boğaz şöbəsində çalışıb.

Elmi işləri və çıxışları:
1997-1998-ci illərdə dissertasiya işini müdafiyə edib. Elmi işinin adı “Qırtlağın xərçənginin epidemiologiyası” olan Nazim Quliyev dissertasiyanı müdafiyə edərək tibb elmləri namizədi elmi dərəcəsini almışdır.
Daha sonra Türkiyədə, Rusiya Federasiyasında digər təkmilləşdirmə kurslarında və elmi-praktik konfranslarda, onkoloji konqresslərdə iştirak etmişdir.
2017-ci ilin İyun ayında Rusiyanın Sankt-Peterburq şəhərində “Belıye nöçi” Onkoloqlarının qurultayinda iştirak etmişdir.
2018-ci ildə Soçi şəhərində MDB və Avroasiya ölkələri onkoloqlarının 10-cu qurultayinda iştirak edərək öz təcrübəsini həmkarları ilə bölüşməkçün məruzə ilə çıxış etmişdir.

Hal-hazırda doktorluq dissertasiyası üzərində işləyir. Dissertasiyanın mövzusu “Qalxanvari vəzinin xərçənginin müasir kliniki-bioloji və genetik aspektləri”-dir. Baş-boyun şişləri şöbəsinin əsas fəaliyyət istiqaməti qırtlağın xərçəngi, qalxanvari vəzin xərçəngi, ağız boşluğunun xərçəngi, dilin xərçəngi, üst və alt dodağın xərçəngləri, tüpürcək vəzilərinin şişləridir. Şöbənin mütəxəssisləri həmçinin üzdə, başda olan dərinin şişlərinin müalicəsi, burun boşluğu şişləri, yuvenil, cavanlıq angiofibromalarının müalicəsi ilə də məşğuldur. Şöbədə açıq-endoskopik və qapalı əməliyyatlar aparılır. Bundan başqa şöbədə boyun limfa düyünlərinin limfa diseksiyası aparılır. Baş-boyun nahiyəsində patologiyaların cərrahi müalicəsindən sonra yaranan deformasiyaların plastik əməliyyatları aparılır. Şişlərin götürülməsi üçün aparılan böyük əməliyyatlardan sonra yaranan eybəcərliklərin düzəldilməsi məqsədilə rekonstruktiv-plastik əməliyyatlar icra olunur. Qida borusunda kombinə olunmuş əməliyyatları aparılır. Şişin götürülməsilə eyni zamanda qida borusu, qırtlaq çıxarılır. Daha sonra rekonstruksiya aparılır.
Şöbədə habelə qrtlağın çıxarılmış xəstələrdə səsin bərpa etmək üçün xəstələrə səs protezi qoyulur.

Azərbaycanda və xaricdə dərc olunmuş 50-yə yaxın elmi məqalələrin müəllifidir.

Doktor Nazim Quliyev internet məkanında əhalinin tibbi maarifləndirilməsində də aktiv iştirak edən mütəxəssislərdən biridir. Xüsusilə Qirtlaq xərçəngi, onkoloji xəstəliklərin cərrahi müalicəsi ilə bağlı çıxışları yayımlanmaqdadır.

Əməliyyatları:
Qida borusu xərçəngi
Qida borusunda şiş
Qida borusunda yara
Ağiz boşluğu xərçəngi
Qırtlaq xərçəngi
Baş boyun şişləri
Tüpürcək vəzilərinin xərçəngi
Boyunda limfa vəziləri
Üz dərisinin şişləri
Burun boşluqlarının şişləri


Dil xərçənginin ümumi simptomları

2019-03-09
Dil xərçənginin ümumi simptomları

Dil xərçənginin simptomları ağız xərçənginin digər növlərinin simptomlarına çox bənzəyir. Bir çox hallarda dil xərçənginin keçib getməyən soyuqdəymə və ya ağızda xroniki yara ilə qarışdırılması mümkündür. Dil xərçənginin digər simptomları aşağıdakılar ola bilər: Dildə və (və ya) çənədə xroniki ağrı Ağızdaxili şiş və ya qalınlaşma Diş ətlərində, dildə, damaq badamcığında v...

Şərh yaz
ŞƏKİLLƏR
VİDEOLAR
Qəbula yazılmaq
Copyrights © 2019 : BSA Company, Baku, Azerbaijan Qeydiyyat