Məhəbbət Paşayeva - Terapevt

Məhəbbət Paşayeva Terapevt
Məhəbbət Paşayeva 5
  • Terapevt
  • İş təcrübəsi 39 il
  • (+99412) 373-07-45
  • (+99455) 606-13-40
  • Baz. Er.- Şənbə, 09:00-18:00
  • Medika Hospital
Haqqında:
Məhəbbət Paşayeva - Həkim "Terapevt"

Təhsili:

1974-cü ildə Azərbaycan Tibb Universitetinin Müalicə Profilaktika fakultəsinə daxil olub.

İş təcrübəsi:
1981-1985-ci ilədək Tərtər mərkəzi rayon xəstəxanasında terapevt həkim işləyib.
1985-2008-ci ilədək Tərtər mərkəzi rayon xəstəxanasının baş həkimi vəzifəində çalışıb.
2008-2010-cu illərdə Tərtər rayon İcra hakimiyyətində təhsil səhiyyə mədəniyyət şöbəsində böyük referant vəzifəsində çalışıb.
2010-cu ildən hal-hazira qədər müxtəlif klinikalarda baş həkim və terapevt həkim kimi çalışmış, hal-hazirda Medika Hospitalda terapevt həkim kimi çalışır.
Bu vaxta qədər müxtəlif vaxtlarda Özbəkistan, Qazaxıstan respublikalarında ixtisasına uyğun təkmilləşmə kurslarında olmuşdur.
Müalicə ilə yanaşı ürək-damar, həzm orqanları və bir çox xəstəliklərin müalicəsində xalq təbabətinə çox üstünlük verir. Bəzi təbii dərman vasitələrini özü hazırlayır.

Nailiyyətləri:
Azərbaycan Respublikasının müstəqilliyi, ərazi bütöblüyü, torpaqlarımızın müdafiəsi uğrunda Tərtər-Ağdərə bölgəsində gedən qanlı döyüşlərin canlı şahidi və şəxsən iştirakçısı olmuşdur. Tərtər-Ağdərə bölgəsində, bütün döyüş bölgələrində yaralanan əsgərlərimizin döyüş bölgələrindən çıxarılaraq onlara ilk tibbi yardım göstərilərək aidiyyəti hərbi hospitallara evakuasiya olunmasında, döyüşlərdə şəhid olmuş igid qardaşlarımızın döyüş bölgələrindən çıxarılaraq öz ünvanlarına göndərilməsində misilsiz xidmətləri olmuşdur. Iki şəhid bacısıdır. Qarabağ müharibə veteranıdır.
Şərh yaz
ŞƏKİLLƏR
VİDEOLAR
Qəbula yazılmaq
Copyrights © 2019 : BSA Company, Baku, Azerbaijan Qeydiyyat