
Haqqında:
Azər Məmmədov - Həkim "Terapevt"
1978-ci ildə Bakı şəhərində anadan olmuşdur.
2001-ci ildə Azərbaycan Tibb Universitenin I Müalicə-profilaktika fakultəsini bitirmişdir.
İş təcrübəsi:
2001-2002-ci illərdə Bakı şəhəri 2 saylı Şəhər Klinik Xəstəxanasında həkim –terapevt ixtisası üzrə Internatura keçmişdir.
2002-2003-cü illərdə Astara şəhərindəki N saylı hərbi hissədə tabor tibb məntəqəsinin rəisi vəzifəsində çalışmışdır.
2003-2004-cü illərdə Beyləqan rayon N saylı hərbi hissədə briqada tibb məntəqəsinin rəisi vəzifəsində çalışmışdır.
2005-2012-ci illərdə DİN-nin *Azərbaycan *sanatoriya tipli istirahət evində həkim-terapevt vəzifəsində çalışmışdır.
2012-ci ildən DİN-nin A.Heydərov adına Respublika Hospitalında işləyir.
Hal-hazırda Terapiya şöbəsinin baş-ordinator terapevti, tibb xidməti mayorudur.
Dəfələrlə Bakı şəhərində aparıcı tibb müəssisələrində elmi-təcrübi kurslarda, konfrans və konqreslərdə olmuşdur.
2011-ci və 2016-cı ildə Həkimləri təkmilləşdirmə institutunda təkmilləşmə kursu keçmişdir.